Xocalı haqqında xatirə

​Respublikamızın qədim insan məskənlərindən sayılan Xocalı bölgəsi, erməni faşistlərinin orada törətdikləri dəhşətli faciə haqqında rayonumuzun sakinləri tərəfindən söylənilən maraqlı xatirələr bu gün mühüm əhəmiyyət kəsb edir. Həmyerlimiz Yaqub Əliyevin Xocalıda gördükləri, eşitdikləri barədə söylədikləri də bu baxımdan diqqəti çəkir. Bu günlərdə redaksiyanın qonağı olan Yaqub kişi öz xatirələrini təəssüf və kədər hissi ilə bizimlə bölüşüb. 

​Əslən Qərbi Azərbaycandan olan Əliyev Yaqub Məhərrəm oğlu 1960-cı ildə Ağcabədidə anadan olub. Onun valideynləri ötən əsrin 50-ci illərində Ermənistanda deportasiyaya məruz qalaraq, rayonumuza pənah gətiriblər. Yaqub 1978-ci ildə M.Aranlı adına 11 saylı orta məktəbi bitirib, sovet ordusu sıralarında hərbi xidmət göstərib. Hərbi xidməti başa vurduqdan sonra o, rayonda sıravi işlərdə çalışıb. Sonralar bacarıqlı gənc “Məhsul” Kənd Könüllü İdman Cəmiyyətində futbol komandasının məşqçisi vəzifəsinə dəvət olunub. Onun rəhbərliyi altında rayonunfutbol komandası bir çox yarışlarda uğurlar qazanıb. 

​Ermənilər Dağlıq Qarabağ ətrafında münaqişəyəbaşlayanda Y.Əliyev böyük narahatlıq keçirib. Soydaşlarımızın həmin ərazilərdə üzləşdikləri dözülməz vəziyyət onun qəlbində ciddi narazılıq yaradıb. Odur ki, daim kömək üçün həmin yerlərə getməyə can atıb. Nəhayət, 1988-ci ilin sonlarında belə bir imkan yaranıb. O vaxtlar respublikamızın hər yerindən çətin vəziyyətə düşmüş Xocalıda quruculuq işləri aparmaq üçün adamlar səfərbər olunurdu. Yaqub da Ağcabədi Rayon Melorasiya və Su Qurğuları İdarəsinin kollektiv üzvləri sırasında sözügedən quruculuq tədbirlərinə qatılıb. 

​Y.Əliyev söhbət zamanı Xocalıda və digər ərazilərdə gözləri ilə gördüyü ermənilərin cinayətkar hərəkətlərdən, vəhşiliklərdən nifrətlə söz açıb. Xüsusilə Xocalıya gedərkən erməni daşnaklarının Əsgəranda yol kəsmələri onu çox qəzəbləndirib.

​Qeyd olunub ki, Xocalıda 5 min nəfər Ermənistandan didərgin düşmüş soydaşlarımızdan və Fərqamdən gəmiş məhsəti türklərindən ibarət qaçqınlar üçün evlər tikilib istifadəyə verilib. O, həmin inşaat işlərində fəhlə kimi çalışıb. Onun dediklərinə görə, quruculuq tədbirləri həyata keçirildiyi vaxt Xocalı tez-tez ermənilər tərəfindən atəşə məruz qalıb. B uişdə Xankəndində yerləşmiş əsasən erməni zabit və əsgərlərindən ibarət 366-cı motoatıcı alayı onlara havadarlıq göstərirdi. Erməni seperatçılarına ABŞ-dan, Fransadan, Livandan, Suriyadan və başqa ölkələrdən gəlmiş terrorçular, muzdlu qatillər köməklik göstərirdilər. 

​Bu zaman Xocalı yalnız polislər, özünümüdafiə dəstələrinin üzvləri və yerli sakinlər tərəfindən mühafizə olunurdu. Ərazidə heç bir müdafiə xətti yaradılmamışdı.

​Yaqub kişi deyir ki, o dövrdə biz tikinti işləri görmürdük, ermənilərlə müharibə aparırdıq. Ermənilər ətraf ərazilərdə evləri yandırırdılar. Xocalıya qonşu bölgələrdən adamlar qaçıb gəlirdilər. Hər gün məlumat verilirdi ki, terroristlər oraya hücum edəcəklər. 

​Bütün bunlara baxmayaraq,  səfərbər olunmuş işçi qüvvəsi, sayız-hesabsız maşın və texnikanın hesabına Xocalı böyük şəhərə çevrildi. Respublika prokuroru İsmət Qayıbov, Tikinti trestinin rəhbəri Saleh Hacıyev tez-tez əraziyə gəlib, bizə baş çəkir, ürək-dirək verirdilər. Tikinti-abadlıq işləri 1991-ci ilədək davam etdirilib. Burada, aeroport yolunun üstündə Xan bağı ilə üzbəüz ərazidəXankəndindən böyük şəhər salındı. İnşaat-quruculuq tədbirlərində digər ağcabədililər də fədakarlıqla işləyirdilər. Ramazan Kərimov, Adil Xələfov, Əli Səfərov, Durar Vəliyev, Vaqif Həsənov, Fəxrəddin Rzayev, Saleh Məhərrəmov və başqaları xüsusilə fərqlənirdilər.

​Y.Əliyev deyir ki, gözümüzün qabağında ermənilər sürətlə silahlanırdılar. Ancaq onların “gözünün üstə qaşın var” deyən yox idi. Arkadi Volskinin rəhbərlik etdiyi üzdəniraq xüsusi idarə komitəsi bunlara əhəmiyyət vermirdi. Azərbaycan Ordusunun müdafiə dəstələrində vahid komandanlığın olmaması, Xocalını azğın düşmənlə təkbətək qoymuşdu. Bütün bunlar şəhər əhalisini çıxılmaz vəziyyətə salmışdı. 

​Təəssüflər olsun ki, fevralın 26-na keçən gecə ermənilər sovet qoşunlarının bilavasitə iştirakı ilə şəhərdə qanlı qırğın törətdilər. Xocalıda əsl Kərbəla müsibəti baş verdi…

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər