Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar olaraq 9 fevral 2022-ci il tarixdən etibarən Heydər Əliyev Mərkəzində “Şəhid Şəhər” adlı sərginin nümayişinə başlanılıb. Sərgidə faciəni özündə əks etdirən tarixi fotolar, stendlər, sənədlər, kitablar, qəzet, bukletlər, jurnallar və Mərkəzdə fəaliyyət göstərən rəsm dərnəyinin üzvlərinin rəsm əsərləri nümayiş etdirilir. Pandemiya qaydaları gözlənilməklə istənilən şəxs sərgi ilə tanış ola bilər.
Sərgi fevralın 28-dək davam etdiriləcək.