Bu il Xocalı faciəsinin törədilməsindən 30 il keçir. Xocalı faciəsi– dünya tarixində insanlığa qarşı qanlı bir təcavüzdür. Xocalı faciəsindən nə qədər də çalışsaq ki, həyacansız, emosiyasız danışaq, mümkün olmur,hisslərimizə hakim kəsilə bilmirik. Damarımızda qanımız daha da coşur, ürəyimiz daha da tez-tez döyünür,kəlmələrimiz boğazımızda düyünlənir. Xocalı-bizim qaysaq bağlamayan ağır yaramızdır. Xocalı faciəsi erməni təcavüzkarları tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş əsl soyqırımdır 1992-ci il fevralın 26-da soyuq,qarlı, şaxtalı bir qış gecəsində qanlı düşmən öz havadarlarının köməyi ilə silahsız, köməksiz , əliyalın Xocalıda yaşayan yüzlərlə vətəndaşlarımıza-uşaqlara,qadınlara, qocalara aman verməyərək qətlə yetirdilər. Cəlladlar öldürdükləri insanların cəsədlərini belə,təhqir etdilər. Bu qətliamda iştirak edən hərbiçiləri, cəlladları ermənilər sonradan orden, medallarla təltif etdilər, onları vətən qəhrəmanı adlandırdılar. Doğrudur, Xocalı fəryadımıza dünyada yaşayan bir çox millətlər səs verdilər , dərdlərimizə şərik oldular, bu dəhşətli faciəni öz olkələrində həm televiziya kanallarında, həm də mətbuatda yayımladılar.Lakin özlərini demokratik adlandıran bir çox ölkələrdə Xocalı faciəsinə ədalətli, birmənalı yanaşılmadı,hüquqi qiymət verilmədi .Belə olan halda düşünürsən necəolur ki, I əsr bundan öncə ermənilərin yalandan uydurduqları erməni soyqırımını tanımaq ücün öz parlamentlərində müzakirəyə çıxarırlar, amma yaxın keçmişdə onların özlərinin də yaşadığı bir zaman dönəmində XX əsrin sonunda əsrin faciəsi olan Xocalı soyqırımına biganəyanaşır, özlərini eşitməzliyə ,görməzliyə vururlar.
Dövlətimizin II Qarabağ savaşında apardığı 44 gün davam edən Vətən müharibəsində Müzəffər ordumuz Şanlı Qələbə çaldı. Bu qələbə Prezidentimiz, ordumuz və xalq birliyi, vəhdəti nəticəsində əldə edildi II Qarabağ müharibəsində xeyli erməni hərbçiləri əsir düşdü. Xocalı faciəsində ermənilərin törətdikləri o dəhşətli cinayətlərinəvəzini çıxmaq, qisas almaq ücün əsl məqam idi. Lakin biz onlara qarşı pis rəftar göstərdikmi,onları təhqir etdikmi, onlara təcavüz etdikmi? Əlbəttə , yox. Çünki biz erməni deyilik ,biz onlara bənzəməzdik. Qoy erməni xisləti, xəstə erməni psixikası özlərində qalsın,öz mənəviyyatlarını məhv etsin, içlərini parçalasın. Biz həmişə Xocalı Faciəsi Günündə özümüzü qınayırdıq ki,hələ də günahsız soydaşlarımızın qisası alınmayıb. Amma indi qalib bir xalq,olaraq ürəyimizdə bir təskinlik tapırıq, nə yaxşı ki,torpaqlarımızı düşmən tapdağından qurtara bildik. Böyük Qələbə qazandıq. Bu qələbəmiz nəticəsində Şuşa şəhərinin xilas olunması bizim üçün daha önəmli oldu . Şuşa Azərbaycanımızın baş tacıdır. Biz Şuşamızla qürur duyuruq amma gəlin yaddan çıxarmayaq ki, Xocalımız da ən azı Şuşa qədər bizim ücün çox dəyərlidir, namusumuz, ləyaqətimizdir. İzn vermərik ki, ermənilər bizə göz dağı versinlər. Belə bir el misalı var ki, qarı düşmən qocalmaz.Bəli! Qələbə çaldıq, torpaqlarımıza qovuşduq,lakin düşmən hələ də revanş hissi ilə yaşayır. Düşünür ki güclənib,yenidən torpaqlarımıza hücum etsinlər,onlara məxsus olmayan əraziləri geri qaytarsınlar. Lakin unutmasınlar ki,ölkəmiz çox güclənib, onların özlərinə gəlməsi üçün isə neçə illər lazımdır.Nankor ermənilər həm illərlə gözəl ərazilərimizdə yaşadilar həm də o torpaqlara minalar basdırdılar. Ermənilərin yaşadiqlari Ermənistan ərazisi isə qədim Azərbaycan torpaqlaridir. Dədə -babalarimizdan zorla, fitnə -fəsadla qopardıqları torpaqlarda xoşbəxtcəsinə yaşaya bilmirlər. Ona görə ki, torpaq ayaqlarının altında od tutub yanır, alovlanır.
Biz Xocalı faciəsini hec vaxt unutmadiq, nə tarix nə də gələcək nəsillər bu dəhşətləri unuda bilməz. Xocalı yaralarına məlhəm olan doğma sakinlərinin yolunu gözləyir. Əlbəttə, xocalılılar zamanı gəlincə köhnə yurd yerlərinə dönəcəklər.
Lətifə ƏHMƏDOVA,
ADPU Ağcabədi filialının müəllimi.