Ağcabədidə voleybol üzrə rayon birinciliyi başa çatıb

Ağcabədi şəhər 3 nömrəli məktəb-liseydə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş voleybol üzrə qızlar arasında rayon birinciliyi başa çatıb.

Rayon gənclər və idman idarəsinin rayon təhsil şöbəsi ilə birgə təşkil etdiyi birincilikdə 10 komanda mübarizə aparıb. Gərgin və maraqlı idman mübarizəsinin yekununda Ağcabədi şəhər 5 nömrəli tam orta məktəbin komandası birinci, 3 nömrəli məktəb-liseyin komandası ikinci, 4 nömrəli tam orta məktəbin komandası üçüncü yerə layiq görülüb.

Qalib komandalara Ağcabədi rayon gənclər və idman idarəsinin diplomları təqdim olunub.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər