17.6 C
Aghjabadi
Cümə, May 20, 2022

Rayon və şəhərlərdə regional təhsil idarələri yaradılır –Nazir əmr imzaladı

Rayon və şəhər təhsil şöbələrinin əsasında regional təhsil idarələri yaradılacaq.

Bu barədə təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, regional təhsil idarələri aşağıdakı kimi təşkil olunacaq:

– Sumqayıt şəhər, Abşeron, Xızı rayon tahsil şöbələrinin əsasında Abşeron-Xızı Regional Təhsil İdarəsi: (İdarə Sumqayıt şəhərində yerləşməklə)

– Ağsu, İsmayıllı, Qobustan ve Şamaxı rayon təhsil şöbələrinin əsasında Dağlıq Şirvan Regional Təhsil İdarəsi (idarə Şamaxı rayonunda yerləşməklə):

– Gəncə şəhər Təhsil İdarasi, Naftalan şəhər, Daşkəsən, Goranboy, Göygöl və Samux rayon təhsil şöbələrinin əsasında Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi (İdara Gəncə şəhərində yerləşməklə);

– Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında Qarabağ Regional Təhsil İdarəsi (İdarə Bərdə rayonunda yerləşməklə)

– Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayon təhsil şöbələrinin əsasında Qazax-Tovuz Regional Təhsil İdarəsi (idarə Şəmkir rayonunda yerləşməklə);

– Xaçmaz, Quba, Qusar, Siyəzen və Şabran rayon təhsil şöbələrinin əsasında Quba-Xaçmaz Regional Təhsil İdarəsi (idarə Quba rayonunda yerləşməklə);

– Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayon təhsil şöbələrinin əsasında Lənkəran-Astara Regional Təhsil İdarəsi (idarə Lənkəran şəhərində yerləşməklə).

– Mingəçevir şəhər, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon tahsil şöbələrinin əsasında Mərkəzi Aran Regional Təhsil İdarəsi (idarə Yevlax şəhərində yerləşməklə);

– Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon təhsil şöbələrinin əsasında Mil-Muğan Regional Təhsil İdarəsi (idarə Sabirabad rayonunda yerləşməklə):

– Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayon təhsil şöbələrinin əsasında Şəki – Zaqatala Regional Təhsil İdarəsi (İdarə Şəki şəhərində yerləşməklə);

– Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon təhsil şöbələrinin əsasında Şərqi Zəngəzur Regional Təhsil İdarəsi (İdarə müvəqqəti olaraq Bakı şəhərinda yerləşməklə)

– Şirvan şəhər, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayon təhsil şöbələrinin əsasında Şirvan-Salyan Regional Təhsil İdarəsi (İdarə Salyan rayonunda yerləşməklə).

Xəbər lenti

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

“Rəqəmsal icra hakimiyyəti”

“Rəqəmsal icra hakimiyyəti” portalı istifadəyə verilib. Portal vətəndaş qəbulu, xidmətlər, elektron iştirakçılıq və məlumatlandırma bölmələri olmaqla 4 istiqamətdə vətəndaşlara xidmət göstərir.

Mehrablıda səyyar qəbul

            Ağcabədi sakinlərinin təklif, müraciət və mövcud problemlərini yerindəcə öyrənib həllini sürətləndirmək məqsədi ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin baçısı Rafil Hüseynov növbəti...

Şərhlər