Respublika şahmat turniri

Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Ağcabədi rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində  Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunan respublika şahmat turniri start götürüb.

Turnirin açılış mərasimindən əvvəl təşkilatçılar, ziyalılar və şahmatçılar Şəhidlər xiyabanını ziyarət ediblər.

Turnirdə 31 şəhər və rayondan olan  280 nəfər şahmatçı iştirak edir. Yarışlar 6 yaşdan 16 yaşadək olan oğlanlar və qızlar arasında keçirilir.  A qrupunda 11-16, B qrupunda isə 6-10 yaşlı şahmatçılar mübarizə aparırlar.

Qeyd edək ki, şahmat yarışı davam edir. Yekunda qaliblər diplom və fəxri fərmanla təltif olunacaqlar.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər