YAP Ağcabədi rayon təşkilatı tərəfindən Xocalı faciəsinin 30-cu ildönümü münasibətilə silsilə tədbirlər davam etdirilir.
Fevralın 25-də YAP Ağcabədi rayon təşkilatı Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq Ağcabədi şəhəri 556 saylı köçkün qəsəbəsində məskunlaşan Xocalıdan olan şəhid ailələri, qazi və sakinlərlə görüş keçirilib.
Görüşdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin dinc əhaliyə divan tutması, uşaq, qadın və qocalara rəhm etmədiklərini, Xocalıda misli görünməmiş qətliam törətdiklərini qeyd edib. Çıxışın sonunda bildirilib ki, 44 gün davam edən və Qələbə ilə başa çatan şanlı müharibə nəticəsində Xocalıların qanı yerdə qalmayıb.
Tədbirdə Xocalı sakini Qəmər İsmayılova, şəhid bacısı Abzaəndə Səfərova çıxış edərək, ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.
Dövlət Qaçqınkomun Ağcabədi rayon nümayəndəsi Hafiz Mehdiyev çıxış edərək, Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində Xocalı sakinlərini yaddan çıxarmadıqlarını və onlarla görüşə gəldikləri üçün Yeni Azərbaycan Partiyasının rəhbərliyinə və rayon təşkilatının əməkdaşlarına minnətdarlığını bildiriblər.
Görüşün sonunda Xocalıdan olan şəhid ailələrinə, qazi və həssas təbəqəyə aid olan bir qrup Xocalı sakininə ərzaq yardımı edilib.