YAP Ağcabədi rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat seçki yığıncaqları davam edir. Fevralın 24-də Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının 7 saylı ərazi təşkilatında hesabat seçki yığıncağı keçirilib.
Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda 7 saylı ərazi partiya təşkilatının sədri Polad Musayev hesabat məruzəsi ilə çıxış edib. Hesabat məruzəsi dinlənildikdən sonra məruzə ətrafında çıxışlar səsləndirilib. Çıxış edən partiya üzvləri Mehriban Abışova və Könül Əhmədova, Yeni Azərbaycan Partiyyasının yarandığı gündən indiki dövrədək keçdiyi siyasi mübarizələrdən, 44 günlük savaşda əldə olunan parlaq qələbədən və son dövrdə dünyada tüğyan edən pandemiyadan qorunmaq üçün bir YAP üzvü kimi apardıqları təbliğatdan və gələcəkdə Ali Baş Komandan , Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin ətrafında sıx birləşərək, ölkəmizin daha böyük inkişafı üçün var qüvvələrini səfərbər edəcəklərini bildiriblər.
Sonda YAP Ağcabədi rayon təşkilatının məsul işçisi Behbud Quluzadə çıxış edərək, YAP ərazi təşkilatının hesabat dövründəki işindən, Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunan qərarlardan danışıb, son günlər gündəmdə olan Moskva Bəyannaməsinin məğzini iclas iştirakçılarına çatdıraraq, bu bəyannamənin milli maraqlar üzrə qurulduğunu qeyd edib.