Ağcabədi Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib

            Mart ayının 1-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul otağında xüsusi karantin rejiminin qaydalarına əməl edilməklə vətəndaşların qəbulu keçirilib. Qəbulda vətəndaşların problemləri və təklifləri dinlənilib.

            Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə təlimatına əsasən qəbul otağında vətəndaşların qrup və fərdi surətdə, eləcə də yerlərdə səyyar qəbulları təxirə salınsa da, rayon İcra Hakimiyyətində vətəndaşların müraciətlərinin elektron və telefon rabitəsi vasitəsilə fasiləsiz qəbulu həyata keçirilmiş, həmçinin onlayn formada qəbul təşkil edilmişdir.

            Eyni zamanda, 2020-ci il mart ayından etibarən Ağcabədi Rayon İcra Hakimiyyətində yaradılmış Müraciətlərə Operativ Baxılma (MOB) Mərkəzi tərəfindən vətəndaş müraciətləri fasiləsiz olaraq qaynar xətt vasitəsilə, eləcə də elektron qaydada qəbul olunur.

            Xatırladaq ki, rayon İcra Hakimiyyəti başçısının qəbul vaxtı həftənin ikinci günləri saat 10:00-da başlanılır. Həftənin digər günlərində isə qəbul icra başçısının müavin və şöbə müdirləri tərəfindən qrafikə uyğun olaraq həyata keçirilir.

            Qəbul vaxtı bayram günlərinə düşdükdə vətəndaşların qəbulu növbəti iş gününə keçirilir. Milli Qəhrəmanların və şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri və digər imtiyazlı vətəndaşlar isə həftənin istənilən günü müraciət etdikdə dərhal qəbul olunurlar.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər