22.8 C
Aghjabadi

Sabiq xəstəxana direktoruna hökm oxunub

“Ağcabədi rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsin sabiq direktoru Fövzi Tahirovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Fövzi Tahirov təkrar rüşvət almaqda təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, rəsmi məlumata görə, Fövzi Tahirov qeyd olunan vəzifədə işləməklə Həkim Məsləhət Komissiyasının sədri səlahiyyətlərini həyata keçirərkən 2019-2020-ci illər ərzində xəstələrin sənədlərinin əlillik dərəcəsinin müəyyən edilməsi məqsədi ilə aidiyyəti qurumlara göndərilməsi müqabilində hər bir şəxs üçün 500-2000 manat olmaqla ümumilikdə 24 şəxsdən 28 400 manat məbləğində pul vəsaitini xidmətli otağında rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq zamanı Fövzi Tahirovun rəhbərlik etdiyi tibb müəssisəsinə işə qəbul olunmaq üçün ona müraciət etmiş ayrı-ayrı şəxslərin qeyd olunan xəstəxanada işlə təmin olunması müqabilində 3 min manat pul vəsaitini xidməti otağında təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Fövzi Tahirova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib

Mənbə: sonxeber.az

Xəbər lenti

Kəhrizli kəndində səyyar qəbul keçirilib

            Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov səyyar qəbullarda rayonun müxtəlif kəndlərində yaşayan sakinlərlə görüşür, mövcud problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar...

Şəhid Toğrul Abbasovun anım günü qeyd edildi

            Torpağı Vətən edən, onu bütövləşdirən, bu amal uğrunda şəhadətə ucalan Vətən oğullarının sırasında Abbasov Toğrul Bayram oğlu da var idi. Sentyabrın...

Prezident İlham Əliyev Füzuli rayonuna səfər edib

https://www.youtube.com/watch?v=eo_JiDuoPAI

Şəhid Əmrah Mamedovun Anım günü qeyd olunub

            Sentyabrın 27-də Vətən müharibəsində qəhrəmancasına vuruşaraq, şəhadətə ucalan Əmrah Mamedovun anım mərasimi keçirildi. Mərasimində Ağcabədi Rayon İcra...

Müstəqilliyimizin əbədi qarantı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Füzuli rayonuna səfəri zamanı geniş çıxış edib. Dövlət başçısı qeyd edib ki, 27 sentyabr - Anım Günü bütün Azərbaycan xalqı şəhidlərimizin əziz...

Qızılyel xəstəliyinin hansı fəsadları ola bilər?

“Qızılyel streptokokk mikrobun törətdiyi ağır infeksion xəstəlikdir. Qızılyel zamanı dəri zədələnir, dəridə xarakterli al-qırmızı ləkələr əmələ gəlir”. Bu söləri Mayomed Fizioterapiya və...

Televiziyadan baxdığımız superliqa və ya bizimkilərə Türkiyədə niyə maraq yoxdur?

Ötən mövsümün sonlarına doğru Türkiyənin nəhəng klubları olan "Beşiktaş" və "Qalatasaray"ın məsul şəxslərinin Azərbaycandan futbolçu transfer edə biləcəklərini dilə gətirmələri yerli mediamızda...

Çox oxuyan, çox bilər

Nitq mədəniyyətinin formalaşmasında və söz ehtiyatının yaranmasında bilik mənbəyi olan kitablar əvəzedilməz rol oynayır. Son dövrlər təəssüf ki, kitaba münasibət xeyli dəyişib,...

Rayonda 2022-ci il yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmət və iaşə dövriyyəsi

2022-ci il yanvar-iyun aylarında rayon ərazisində ümumilikdə əhaliyə 32687.9 min manat ödənişli xidmət göstərilmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 2021-ci ilin müvafiq...

Ucalaraq əbədiyyət zirvəsinə…

Ellər üçün can vermək də dedi, azdı,Həyatıyla ölümlərə məzar qazdı.Öz adından zamanlara zəfər yazdı,Tarixlərdə həmişəlik qaldı şəhid. Amalından günəş...

Şərhlər