Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik iş planına uyğun olaraq 2022-ci il yanvarın 1-i vəziyyətinə görə Ağcabədi rayonu ərazisində də mal-qaranın uçotu aparılmışdır. Uçot zamanı tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq, mal-qara və bütün növ quşların sahibi olan bütün hüquqi və fiziki şəxslər əhatə edilmişdir. Ayrı-ayrı mal-qara növləri üzrə heyvanların baş sayının əvvəlki illə müqayisədə dəyişməsi aşağıdakı kimi olmuşdur:
İribuynuzlu mal-qara: Bu il yanvarın 1-nə olan vəziyyətə görə rayonda 77695 baş iribuynuzlu mal-qara, o cümlədən 72698 baş inək naxırı, 4997 baş camış naxırı mövcud olmuşdur. İribuynuzlu mal-qaranın ümumi sayı 2021-ci il yanvarın 1-i ilə müqayisədə 3148 baş və ya 3.9 faiz, uyğun olaraq inək naxırın sayı 2478 baş və ya 3.3 faiz azalmış, camış naxırının sayı 670 baş və ya 11.8 faiz azalmışdır.
Qeyd etmək lazımdır ki, iribuynuzlu mal-qaranın ümumi sayında inək naxırının xüsusi çəkisi yüksək olmaqla 93.6 faiz təşkil etmişdir.
1 yanvar 2022-ci il vəziyyətinə görə iribuynuzlu mal-qaranın ümumi tərkibində ana malın sayı da azalmışdır. Belə ki, 2022-ci il yanvarın 1-i vəziyyəti 2021-ci il yanvarın 1-i vəziyyəti ilə müqayisədə onların sayı 0.1 faiz və ya 44 baş azalmışdır. Ümumi naxırın tərkibində ana malın xüsusi çəkisi 53.6 faiz təşkil etmişdir.
Rayon üzrə 1 yanvar 2022-ci ildə mövcud olan 41658 baş ana malın 38467 başını yaxud 92.3 faizini inəklər, 3191 başını və ya 7.7 faizini camış, ümumi naxırın isə 4.8 faizini və ya 3733 başını 2 və yuxarı yaşda olan düyələr təşkil etmişdir.
Rayon üzrə 1 yanvar 2022-ci il vəziyyətinə iri buynuzlu mal-qaranın tərkibində kökəlmədə olan mal-qaranın 2021-ci il yanvarın 1-vəziyyətinə nisbətən 948 baş və ya 7.6 faiz azalaraq 11577 baş olmuşdur. İribuynuzlu mal-qaranın ümumi tərkibində kökəlmədə olan mal-qaranın xüsusi çəkisi 14.9 faiz təşkil etmişdir.
Həmin dövrdə iri buynuzlu mal-qaranın tərkibində 1 yaşdan 2 yaşadək olan dişi danalar 3553 baş, erkək danalar isə 3752 baş olmaqla ümumi naxırın tərkibində xüsusi çəkiləri uyğun olaraq 4.6 və 4.8 faiz təşkil etmişdir.
Qeyd etmək lazımdır ki, 2022-ci il yanvarın 1-i vəziyyətinə iribuynuzlu mal-qaranın tərkibində 1 yaşa qədər dişi buzovlar və balaqlar 5.9 faiz təşkil etməklə 4609 baş, 1 yaşa qədər erkək buzovlar və balaqlar isə 5.8 faiz təşkil etməklə 4542 baş olmuşdur.
Qoyun və keçilər: 2022-ci il yanvarın 1-i vəziyyətinə görə rayon üzrə 254472 baş qoyun və keçi, o cümlədən 251325 baş qoyun, 3147 baş keçi mövcud olmuşdur. İribuynuzlu mal-qarada olduğu kimi qoyun və keçilərin sayı da keçən ilə nisbətən azalmişdır. Belə ki, 2022-ci il yanvarın 1-i vəziyyətinə qoyun və keçilərin sayı əvvəlki ilə nisbətən 1039 baş və ya 0.4 faiz azalmışdır.
Qoyun sürüsünün tərkibində 1 yaşdan böyük şişəklərin və ana qoyunların xüsusi çəkisi 61.2 faiz, uyğun olaraq keçi sürüsünün tərkibində 57.5 faiz təşkil etmişdir.
Rayonda mövcud olan qoyun və keçilərin 99.9 faizi və yaxud 251283 başı ailə kəndli və ev təsərrüfatlarına məxsus olmuş və onların xüsusi çəkisi keçən ilki səviyyədən 0.5 faiz azalmışdır.
Quşlar: Rayonda ailə kəndli və ev təsərrüfatlarında quşların sayı 1 yanvar 2022-ci ildə əvvəlki illə müqayisədə 0.9 faiz artaraq 343848 baş olmuşdur.
Qeyd etmək lazımdır ki, 1 yanvar 2022-ci il vəziyyətinə görə quşların hamısı ailə kəndli və ev təsərrüfatlarına məxsus olmuşdur.
2022-ci ilin əvvəlində rayonda 1271 baş at 135 baş eşşək və 3251 arı ailəsi mövcud olmuşdur. Bunların hamısı ailə kəndli və ev təsərrüfatlarına məxsus olmuşdur. 2021-ci il yanvarın 1-i ilə müqayisədə atlar 48 baş və ya 3.6 faiz, eşşəklər 9 baş və ya 6.2 faiz azalmış, arı ailəsi isə 45 ailə və ya 1.4 faiz artmışdır.
1-i yanvar 2021-ci ildə kənd yerlərində yaşayan hər bir ailəyə orta hesabla 2.9 baş iri buynuzlu mal-qara, 9.1 baş qoyun və keçi düşürdüsə bu rəqəmlər 2022-ci il yanvarın 1-i vəziyyətinə uyğun olaraq 2.8 və 9.0 baş təşkil etmişdir.
Mal-qaranın baş sayı haqqında məlumat əlavə edilmiş cədvəldə verilmişdir.
Mal-qaranın növləri | 01.01.2021-ci il | 01.01.2021-ci il | 01.01.2022-ci il 01.01.2021-ci ilə nisbətən, faizlə |
İribuynuzlu mal-qara | 77695 | 80843 | 96.1 |
O cümlədən | |||
İnək və camışlar | 41658 | 41702 | 99.9 |
Qoyun və keçilər | 254472 | 255511 | 99.6 |
Quşlar | 343848 | 340844 | 100.9 |
At | 1271 | 1319 | 96.4 |
Eşşək | 135 | 144 | 93.8 |
Arı ailəsi | 3251 | 3206 | 101.4 |
Elsevər İsmayılov,
Ağcabədi Rayon Statistika
İdarəsinin rəisi