Atletika üzrə Ağcabədi rayon turnirində 60 idmançı mübarizə aparıb

Gənclər və İdman Nazirliyi tərəfindən 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə elan edilmiş “İdman həftəsi” çərçivəsində Ağcabədi Olimpiya İdman Kompleksində atletika üzrə rayon turniri keçirilib.

Rayon Gənclər və İdman İdarəsinin Olimpiya İdman Kompleksi ilə birgə təşkil etdiyi turnirdə 60 idmançı iştirak edib. Turnir 100, 200 və 400 metr məsafəyə qaçış olmaqla, qızlar və oğlanlar arasında keçirilib. Turnirin yekununda ən yüksək nəticə göstərmiş idmançılara diplomlar təqdim edilib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com