Dini radikalizm milli-mənəvi dəyərlərlə bir araya sığmır

Martın 4-də Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyinin təşkilatçılığı,  Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyində görüş keçirilib.

Dini radikallığın milli-mənəvi dəyərələrə göstərdiyi mənfi təsirinin aradan qaldırılmasına dair tədbirlər proqramı çərçivəsində keçirilən tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Ağcabədi bölgəsi üzrə şöbəsinin məsul işçiləri, rayon gənclər və idman idarəsinin nümayəndələri, Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları və gənclər iştirak ediblər.  Tədbirdə çıxış edənlər tarixən dinlərin Azərbaycanda yayılması, dinlər vasitəsilə insanları idarə etmək, radikalizm və ekstremizim cərəyanları, onların zərərli təsiri və onlara qarşı görülmüş tədbirlər barədə danışıblar.

Geniş müzakirə  şəraitində keçən tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com