Martın 4-də Bayraq Muzeyində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövusunda tədbir keçirilib.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin məsul işçiləri, gənclər və idman idarəsi, təhsil şöbəsi, rayon mərkəzi xəstəxanasının nümayəndələri və məktəblilər iştirak ediblər. Öncə Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbirdə SHXÇDX-nın Ağcabədi rayon şöbəsinin rəisi, polkovnik leytenant Qabil Rzayev, rayon gənclər idman idarəsinin rəisi Rüfət Quliyev və başqaları çıxış edərək narkomaniyanın insan sağlamlığına, mənəviyyatına və psixologiyasına törətdiyi fəsadlarından, narkotik vasitələrin, psixotrop maddələrin istifadəsinin cəmiyyətdə qarşısının alınmasından, bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərindən söhbət açıblar.