Rayonda vaksinasiya tədbirləri genişlənir

​Rayonumuzda koronavirus pandemiyası ilə əlaqədar vaksinasiya tədbirləri uğurla davam etdirilir. İndiyə qədər 191 min 68 nəfər rayon sakini peyvənd olunub. Onların 74 min 252 nəfərini 1-ci, 66 min 839 nəfərini 2-ci, 49 min 977 nəfərini isə 3-cü doza üzrə vaksin olunan sakinlər təşkil edir. Gün ərzində 400-500 nəfər sakinin peyvənd olunması təmin edilir.

Vaksinasiya tədbirləri rayon mərkəzi xəstəxanasında, qəsəbə və kənd tibb məntəqələrində həyata keçirilir. Bölgə ərazisində bu məqsədlə 4 səyyar briqada fəaliyyət göstərir. Həmin briqadalar hərəkət məhdudiyyəti olan sakinlərin evlərdə vaksinasiya olunmasını təşkil edir. Hazırda buster doza üzrə peyvənd işləri müvəffəqiyyətlə aparılır.

Şərhlər