Qazilərə əlil arabaları təqdim olunub

​Xeyriyyəçilər “Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi”, “Şöhrət ordenli”, “Qızıl fit” mükafatının sahibi Hicran Şərifov, Azərbaycan MMA Pankration və Qrepplinq Federasiyasının Qreqqlinq idman növü üzrə vitse-prezidenti Hüseynəli Abbaslı, jurnalist Bəhruz Səmədov və həkim Rəhim Axundov 44 günlük Vətən müharibəsi zamanı daim döyüşən ordumuzun yanında olaraq, əsgər və zabitlərimizə dəfələrlə ərzaq və geyimlə yardım göstəriblər. Bu günlərdə “N” saylı hərbi birliyin komandiri və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsləri ilə rayonumuza səfər edən vətənpərvər xeyriyyəçi qrupu Vətən müharibəsinin fəal iştirakçıları, döyüş əməliyyatlarında ağır xəsarət almış müharibə əlillərini ziyarət ediblər. Ziyarət zamanı onlar Ağcabədi şəhər sakini I qrup əlil Sadıq Şükürovaavtomatlaşdırılmış, rayonun Təzəkənd sakini Elşad Heydərova, Şahsevən kənd sakini İntiqam Əliyevə və Hindarx qəsəbəsindən olan Taleh Davidova isə mexaniki əlil arabaları hədiyyə etmişlər. Qeyd edək ki, hərbi birlik komandiri və Ağcabədi RİHB-nin təşəbbüsü ilə həmçinin Minəxorlu kəndindən olan şəhid Atayev Taryel Fəxrəddin oğlunun ailəsi üçün yeni inşa olunmuş yaşayış evi 100 m²-lik kondisionerlə təmin olunmuşdur. 

Qazilər və şəhid ailəsinin üzvləri göstərilən yüksək diqqət və qayğıya görə xeyriyyə qrupunun üzvlərinə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər. 

Adil MİSİRLİ

Şərhlər