15 C
Aghjabadi
Şənbə, May 21, 2022

Ağcabədidə Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

Ağcabədidə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və şəhid xanımlarının iştirakı ilə tədbir keçirilib. 
Ağcabədi Gənclər Mərkəzində keçirilən tədbirdə çıxış edən icra başçısı Rafil Hüseynov bayram münasibəti ilə xanımları təbrik edib. O, qeyd edib ki, şəhidlərimiz kimi, onların valideynləri, xanımları, övladları da dəyərlidir, əzizdir. Hər bir qəhrəman əsgərimizin arxasında mərd, şücaətli, mübariz Azərbaycan qadınının dayandığını vurğulayan rayon rəhbəri istər I Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsi zamanı bunun bir daha şahidi olduğumuzu bildirib. 


Sonra şəhidlərimizin analarına və xanımlarına Ağcabədi Rayon icra Hakimiyyətinin başçısı tərəfindən üzərində “Xarıbülbül” təsviri və şəhidlərin adı həkk olunan kəlağayılar hədiyyə edilib. 


Bundan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, polkovnik-leytenant Qabil Rzayev, Qaradolaq kənd 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Xəzəngül Qədimalıyeva çıxış edərək qadınlarımıza xoşbəxtlik,can sağlığı arzulayıblar. 
N saylı hərbi hissə komandirinin İdeoloji işlər üzrə müavini, polkovnik-leytenant Ramazan Orucov Azərbaycan Respublikasının Müdafiə nazirinin əmri ilə , Vətən müharibəsində itgin düşmüş əsgər Mehdiyev Asim Yaqub oğluna verilən “Azərbaycan Respublikasının “Şücaətə görə” medalını onun anası Gültəkin Mehdiyevaya təqdim edib. 


Tədbirdə həmçinin şəhid atası Rəşad Rəhimli, şəhid anası Zülfiyyə Quliyeva, şəhid xanımı Samirə Xudiyeva çıxış edərək göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər. 
Sonda Mirzə Fətəli Axundov adına şəhər 3 saylı məktəb – liseyin şagirdləri qadınlara həsr olunmuş şeir kompozisiyası ilə çıxış ediblər. 

Xəbər lenti

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

“Rəqəmsal icra hakimiyyəti”

“Rəqəmsal icra hakimiyyəti” portalı istifadəyə verilib. Portal vətəndaş qəbulu, xidmətlər, elektron iştirakçılıq və məlumatlandırma bölmələri olmaqla 4 istiqamətdə vətəndaşlara xidmət göstərir.

Şərhlər