2.1 C
Aghjabadi

Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisində 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib



Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisində 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdən öncə mərkəzin bir qrup əməkdaş və könüllüləri tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibəti ilə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Həziyev Xəyal Feruzoğlu və Hüseynov Mirəli Arif oğlunun ailələri ziyarət olunub və şəhid analarına bayram hədiyyələri təqdim edilib. 
Tədbiri giriş sözü ilə açan GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı tədbir iştirakçılarını , Azərbaycan qadınının respublikanın ictimai-siyasi və mədəni həyatında fəal iştirak etdiyini, vətənin yüksəlişində daim fədakarlıq nümayiş etdirməklə müqəddəs bir missiyanı həyata keçirdiyini və Vətən müharibəsi zamanı yüksək nümunə nümayiş etdirdiyini vurğulayıb.

Eyni zamanda onu da qeyd edib ki, Azərbaycan qadınları zərif çiyinlərinə götürdüyü missiyanı şərəflə daşıyır, sosial-iqtisadi və mədəni həyatda aparılan işin böyük hissəsi onların üzərinə düşür. Bu şərəfli missiyanın təmsilçiləri arasında şəhid anaları, şəhid xanımları və şəhid bacıları da var. Azərbaycan xalqı Qarabağ döyüşlərində istər ön cəbhədə, istərsə də arxa cəbhədə canı-qanı ilə Vətənə xidmət edən xanımların da xidmətini unutmayacaq, onları daim yad edəcək. 
Digər çıxış edənlər də öz növbəsində qadınları əlamətdar gün münasibətilə təbrik edərək Azərbaycan qadınının cəmiyyətdəki fəal rolundan, onların ictimai-siyasi həyatda əldə etdiyi nailiyyətlərdən, gender bərabərliyi və dövlətin yaratdığı geniş imkanlardan bəhs ediblər. 
Daha sonra GTM Qarabağ ofisinin bir qrup əməkdaş və könüllüsü olan xanımlara Fəxri Fərman və hədiyyələr təqdim olunmuşdur.

 

Xəbər lenti

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

İnkişaf Qələbənin əsasıdır

 “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik,...

“Niva” “Ford Transit”lə TOQQUŞDU- Sürücü öldü

Dekabrın 4-də saat 2 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini Məhəmməd Hüseynzadənin idarə etdiyi “Niva” və Ağcabədi şəhər...

Ağcabədidə ” 3 Dekabr -Beynəlxalq Əlillər Günü” qeyd olundu

Ağcabədidə " 3 Dekabr -Beynəlxalq Əlillər Günü" qeyd olunduAğcabədi rayonunda " 3 Dekabr Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş...

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Şərhlər