2.7 C
Aghjabadi

Sarıcalıda səyyar qəbul keçirilib

Martın 9-da Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Sarıcalı kəndində səyyar qəbul keçirib.

Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri, media mənsubları və əlaqədar təşkilatların nümayəndələri iştirak ediblər. 
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov giriş nitqi ilə çıxış edərək, 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuzun göstərdiyi qəhrəmanlıqlardan söz açıb.

Natiq öz çıxışında qarşıdan gələn təsərrüfat işlərinə, o cümlədən pambıq əkinlərinə hazırlıq tədbirlərinə də geniş toxunub, bununla əlaqədar görülən işlərdən danışıb. Strateji əhəmiyyətə malik olan pambıqçılığın rayonumuzda inkişaf etdirilməsi xüsusi ilə vurğulanıb.



Qəbulda kənd sakinləri Şahmar Mehdiyev, Aftandil Süleymanov, Zeynal Bayramov, Rafael Adilov, Qaraxan Ağayev, Ramil Bəylərov təsərrüfat sahəsindəki çətinliklərdən, eləcə də içməli su və suvarma suyunun qıtlığından, internetdə, elektrik enerjisinin verilməsində yaranmış problemlərdən söhbət açıb, rəy və təkliflərini bildiriblər. 
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edən kənd sakinlərinin irad, təklif və rəyləri ilə əlaqədar müvafiq təşkilat, idarə-müəssisə rəhbərlərinə tapşırıq və tövsiyələrini verib. 

Adil MİSİRLİ 

Xəbər lenti

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

İnkişaf Qələbənin əsasıdır

 “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik,...

“Niva” “Ford Transit”lə TOQQUŞDU- Sürücü öldü

Dekabrın 4-də saat 2 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini Məhəmməd Hüseynzadənin idarə etdiyi “Niva” və Ağcabədi şəhər...

Ağcabədidə ” 3 Dekabr -Beynəlxalq Əlillər Günü” qeyd olundu

Ağcabədidə " 3 Dekabr -Beynəlxalq Əlillər Günü" qeyd olunduAğcabədi rayonunda " 3 Dekabr Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş...

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Şərhlər