Bakıda iki qadının altı minlik telefonu oğurlandı

Bakıda qadınlara qarşı oğurluq olub.

Daxili İşlər Nazirliyindən bildirilib ki, fevralın 24-də Bakı şəhər sakini L.Hüseynəliyevanın 3000 manat dəyərində mobil telefonu oğurlanıb.

Səbail rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağcabədi rayon sakini N.Səlimov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun paytaxt sakini E.Abdullayevanın 3000 manat dəyərində mobil telefonunu oğurlaması da müəyyən olunub

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər