28.6 C
Aghjabadi

Ağcabədidə şəhid ailələri,müharibə əlilləri, aztəminatlı ailələr ziyarət olunur

Novruz bayramı münasibətilə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələri, Vətən müharibəsi əlilləri, tənha qadınlar və aztəminatlı ailələr ziyarət olunur, onlara bayram sovqatları aparılır.
Martın 12-də Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov,aparatın digər məsul işçiləri, media mənsublarının iştirakı ilə Yuxarı Qiyaməddinli, Arazbar və Şahsevən kəndlərində olub.
İcra başçısı şəhid Ceyhun Hüseynov , Azər Əliyev, Sahil Məmmədov və itgin düşmüş Asim Mehdiyevin ailəsini ziyarət edərək onların yaxınlarını, ailə üzvlərini Novruz bayramı münasibəti ilə təbrik edib. Həmçinin Vətən müharibəsi əlilləri Racim Mirzəyev, Elbəy Məmmədov, Hökmdar Daşdəmirov, Anar Əliyev, Elsevən Həsənov və İntiqam Əliyevin evində olan icra başçısı onlara cansağlığı, ailələrinə bol ruzi, bərəkət arzulayıb.


Şəhid ailələri və müharibə əlilləri ilə görüş zamanı R.Hüseynov qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Ali baş komandanın dəmir yumruğu ətrafında birləşərək canlarından və sağlamlıqlarından keçən igidlərimizin qəhrəmanlıqlarını xalqımız heç zaman unutmayacaq,daim onlarla qürur duyacaq,fəxr edəcəkdir.


Şəhid ailələrinə, müharibə əlillərinə dövlət qayğısından söz açan rayon rəhbəri onların sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə edilməsinin məhz bu diqqətin təzahürü olduğunu vurğulayıb.
Ziyarət zamanı İcra başçısı hər zamankı kimi sözügedən ailələrin qarşılaşdığı problemlərlə maraqlanıb.
Qeyd edək ki, ümumilikdə 500-dən çox ailənin ziyarət olunması nəzərdə tutulub.

Xəbər lenti

Ölkəmizdə işləmiş məşqçi: “Keçmiş klublarımın uğuru məni sevindirir” – MÜSAHİBƏ

Bu gün UEFA Çempionlar Liqasında Macarıstanda yerli "Ferentsvaroş"un qonağı olacaq “Qarabağ”ın rəhbərliyinin türkiyəli iş adamlarından təşkil olunması, eləcə də iki gün sonra UEFA...

Nəzir qutusuna yığılan pullar…

Hər il olduğu kimi Azərbaycanda, eləcə də Ağcabədidə bir sıra məscidlərdə Aşura mərasimləri keçirilib. Əzadarlıq mərasimləri ötən illərlə müqayisədədaha nizamlı şəkildə baş tutub. İnsanlar məscidlərə gəlib dini ayinləri icra ediblər. Rayonun Mehrablı kəndinin...

Xaricdə yaşayan qonşusunun həyətində narkotik əkən Ağcabədi sakini saxlanılıb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində xaricdə yaşayan qonşusunun həyətyanı sahəsində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən şəxs məsuliyyətə cəlb...

DİN əməkdaşları ov silahlarını təhvil ALDI

Ağcabədi rayon sakinləri könüllü olaraq ov silahlarını polis əməkdaşlarına təhvil veriblər. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata...

Aşura məclislərinə uşaqları aparmaq olarmı?

   Qəzetimizin ötən sayında  bəzi cizgi filmlərinin uşaqların psixologiyasına necə mənfi təsir etməsi ilə bağlı bir yazı dərc olunmuşdu. Məqalədə qanlı-qırğınlı, ölüb-öldürməkli, partlayışlı,...

Ağcabədi 100 min tondan çox taxıl istehsal edilən rayonlar sırasındadır

Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb...

İstedadlı şagirdin uğurlu addımları

Hərdən ömrün ötən günlərini vərəqləyir, həyatın necə keçdiyini gözlərim önündə canlandırmağa çalışıram. Təbii ki, ağrılı-acılı, sevincli ömrün günləri gözlərim önündə canlananda qələmi...

Millətin varlığını sübut edən onun dilidir

Ana dilimiz türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Dilimizin ifadə zənginliyi, axıcılığı və sadəliyi, səlist ahəngi...

Parlaq Qələbə Azərbaycan üçün geniş meydanlar açır

Prezident İlham Əliyev iyulun 25-də Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarının vəzifələrinə təyin olunmaları ilə əlaqədar keçirdiyi qəbul zamanı...

Sudan səmərəli istifadə mühüm amildir

Avqustun 2-də Ağcabədi rayonunda Kür çayının aşağı axarında suvarma suyundan səmərəli istifadə üzrə kənd təsərrüfatı istehlakçılarının məlumatlandırılması və maarifləndirilməsi ilə bağlı dəyirmi...

Şərhlər