Ümumtəhsil məktəblərində buraxılış imtahanları keçirilib

Martın 13-də Dövlət İmtahan Mərkəzi respublikanın bir neçə bölgəsində, o cümlədən Ağcabədi rayonunda 11 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

İmtahana 1147nəfər  şagird qatılıb. 22 nəfər şagird isə üzrlü səbəblərə görə iştirak edə bilməyib.

Ümumilikdə rayon üzrə imtahanların təşkili üçün 6 imtahan binası  ayrılıb. İmtahanlar şəhər 3 nömrəli məktəb-lisey, şəhər 8 nömrəli, şəhər 11 nömrəli, Xocavənd kənd 1 saylı, Cəmil Quliyev adına Təzəkənd kənd tam orta və Ağcabədi şəhər 556 mənzilli məcburi köçkün qəsəbəsində yerləşən Xocavənd rayon 1 saylı tam orta məktəblərində keçirilib.

İmtahanlara 220 nəfər nəzarətçi müəllim cəlb olunub.

Şərhlər