YAP Ağcabədi rayon təşkilatının ərazi təşkilatlarında hesabat-seçki iclasları davam edir. Martın 12-də mərkəzi xəstəxana ərazi partiya təşkilatında hesabat seçki yğıncağı keçirilib.
Yığıncaqdan əvvəl YAP-ın yaradıcısı ulu öndər Heydər Əliyevin və Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himni səsləndirildikdən sonra Mərkəzi xəstəxana YAP ərazi partiya təşkilatının sədri Nizami Abbasovun hesabat dövründə görülən işlər barədə hesabat məruzə etmişdir. Məruzə ətrafında partiya üzvləri Zəhra Məmmədquliyeva, Gülnar Əliyeva, Azad Hüseynov, Yaşasın Haqverdiyev, Arif Quliyev, Xəyal Zeynalov çıxış edərək təşkilatın hesabat dövründə gördüyü işlər barədə danışıb, onun fəaliyyətinin qənaətbəxş hesab edilməsi barədə təklif vermişlər.
Yığıncaqda çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, mərkəzi xəstəxana ərazi partiya təşkilatının, bütövlükdə səhiyyə işçilərinin əhalinin sağlamlığının qorunmasında böyük əməyi olduğunu, Kovid-19 virusuna yoluxmuş insanların müalicəsində, eyni zamanda əhaliyə virusa qarşı peyvənd vurulmasında xüsusi fədakarlıq göstərdiklərini qeyd edib. Natiq çıxışında dünyada baş verən siyasi proseslərdən, Azərbaycan və Rusiya prezidentlərinin fevral ayının 12-də imzaladığı Müttəfiqlik Bəyannaməsinin əhəmiyyəti barədə ətraflı məlumat verib, YAP-ın VII qurultayında qəbul edilmiş qərarlar, partiya orqanlarının daha çevik və təkmil formada fəaliyyət göstərməsi istiqamətində qarşıya qoyulan vəzifələr barədə fikirlərini bölüşmüş və siyasi fəaliyyətlərində təşkilat üzvlərinə uğurlar diləyib.
Yığıncaqda təşkilati məsələyə baxılıb. Açıq səsvermə yolu ilə Nizami Abbasov yenidən ərazi təşkilatının sədri, Sabir Məhərrəmov isə təşkilat sədrinin müavini seçilib.