13.5 C
Aghjabadi
Cümə axşamı, May 26, 2022

Adı ünvanlara çevrilmiş insan

Əlvan Əliyevin adı, imzası respublikamızın elmi ictimaiyyətinə, geniş oxucu auditoriyasına yaxşı tanışdır.

Qabaqcıl təhsil işçisi,bacarıqlı pedaqoq uzun illər ali məktəbdə tarix elminin tədris olunmasında, yüksək ixtisaslı pedaqoji kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərib. Onun apardığı dərin elmi araşdırmaları, zəngin publisistik və ictimai fəaliyyəti də daim diqqəti çəkib. Elə bu səbəbdən də həmişə sayılıb-seçilib, xidmətləri yüksək dəyərləndirilib.

1947-ci ildə Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulub boya-başa çatan Əlvan müəllimin həyatı Gəncə ilə möhkəm tellərlə bağlanıb. Ömrünün gənclik illəri, ən xoşbəxt anları məhz bu qədim şəhərdə keçib. Onun gələcək uğurlarında, hərtərəfli inkişafında və məhsuldar fəaliyyətində qaynar Gəncə mühiti mühüm əhəmiyyət kəsb edib.

1968-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU-nun) Tarix fakültəsini fərqlənmə ilə bitirən istedadlı gənc təyinatla Gəncə Dövlət Pedaqoji İnstitutuna (İndiki Gəncə Dövlət Universiteti) müəllim göndərilib. O, bir müddət Bakıda aspiranturada oxuyub. Təhsilini başa vurduqdan sonra yenidən Gəncəyə dönüb, ömrünün sonunadək adıçəkilən  ali məktəbin sosial fənlər kafedrasında baş müəllim vəzifəsində çalışıb.

Əlvan müəllim həmin illərdə Gəncə şəhərinin ictimai, mədəni həyatına fəal surətdə qoşulub, sadə, təvazökar, təmiz vicdanlı, xeyirxah bir insan, əqidəli ziyalı, vətəndaş kimi, çalışdığı ali məktəb müəllim və tələbələrinin, bütün gəncəlilərin sevimlisinə çevrilib, yüksək hörmət və nüfuz qazanıb. Vətənini, xalqını ürəkdən sevən, torpaqlarımızın adını daim müqəddəs tutan Ə.Əliyev cəsarəti,məğrurluğu,qabiliyyəti ilə fərqlənib, həmişə sözünü deməyi bacarıb. Təsadüfi deyildir ki, bir müddət Gəncə şəhər xalq deputatları sovetinin deputatı seçilib, Gəncə şəhəri Nizami rayonun icra hakimiyyətinin başçısı vəzifəsinə irəli çəkilib. Həmin dövrdə o, şəhərin ictimai həyatında, sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq tədbirlərində yaxından iştirak edib.

Əlvan müəllim respublikamızda milli azadlıq hərəkatının, müstəqillik uğrunda mübarizənin öncüllərindən biri olub, Gəncənin adının özünə qaytarılmasında mühüm rol oynayıb.

Qeyd olunduğu kimi, Ə.Əliyevin geniş, çoxşaxəli fəaliyyətində elmi, publisistik yaradıcılığı da xüsusi önəm daşıyıb.Dərin elmi biliyə malik tarixçinin milli münasibətlərə dair tədqiqatları, elmi və publisistik məqalələri, xüsusilə 2008-ci ildə “Elm” nəşriyyatı tərəfindən çap edilmiş “Siyasət naşıları sevmir” adlı kitabı ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Onun dəyərli elmi əsərləri BDU-nun və Gəncə Dövlət Universisetinin “Elmi xəbələr”ində, Polşada türk, ingilis və polyak dillərində nəşr edilən “Xudafərin” dərgisində, eləcə də respublikanın bir çox nüfuzlu qəzet və jurnallarında müntəzəm dərc olunub. Əlvan müəllim Gəncədə işıq üzü görən “Mərhəmət”, “Gəncənin səsi” “Ruzigar”, “Novosti Qyandji” və digər qəzet və jurnalların redaksiya heyətinin üzvü kimi regionda yaradıcılıq mühitinin, ədəbi prosesin canlanmasında, genişlənməsində müstəsna xidmətlər göstərib, yaradıcı insanlara, xüsusən gənc qələm sahiblərinə daim diqqət və qayğı ilə yanaşıb, dəstək verib.

Ə.Əliyev (Kəbirli) Azərbaycan Jurnalistlər Birliyinin və AYB-nin fəal üzvlərindən olub, “Qabaqcıl təhsil işçisi” fəxri adına və “Qızıl qələm” mükafatına layiq görülüb.

Əlvan müəllim gözəl bir ailə başçısı kimi də tanınıb. Özünə layiq övladlar böyüdüb boya-başa çatdırıb. Ailənin böyük qızı Gülarə Əliyeva atasının yolunu davam etdirərək, Gəncə Dövlət Universitetinin Tarix fakültəsini bitirib.O, adıçəkilən ali təhsil müəssisəsində müəllim işləyir, tarix üzrə fəlsəfə doktorudur.

Ortancıl qız Bəhicə Əliyeva BDU-nun Tarix fakültəsində təhsil alıb, Böyük Britaniyada magistr pilləsini başa vurub. Hazırda BMT-nin Əhali Fondunda proqram müşaviri vəzifəsində çalışır.

Kiçik qız Turanə Əliyeva isə Bakı Dövlət Universitetinin Psixologiya fakültəsini bitirib. Sözügedən universitetin psixologiya kafedrasının müəllimidir. Dissertasiya müdafiəsi ərəfəsindədir. Onların hər üçü layiqli əməlləri ilə atalarının adını daim uca tuturlar.

Əlvan Əliyev iki il öncə, 67 yaşında ikən dünyasını dəyişib, əbədiyyətə qovuşub. Lakin bu gün onun arzuları, əməlləri övladlarının, yaxın və doğmalarının, saysız-hesabsız yetirmələrinin qəlbində yaşayır və gerçəkləşir.     

Əsl xalq məhəbbəti qazanmış səriştəli pedaqoq, tanınmış tarixçi, ictimai xadimin xatirəsi daim əziz tutulur, hörmətlə yad edilir.

Yəhya PAŞAZADƏ

Xəbər lenti

Şənlik kəndində Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

28 May - Müstəqillik Günü münasibətilə Şənlik kənd tam orta məktəbində tədbir  keçirilib. Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin  sədri...

İcra başçısının səyyar qəbulları davam edir

    Növbəti görüş Şahsevən kəndinin sakinləri ilə keçirilib   Ağcabədi Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun mütəmadi olaraq keçirdiyi...

Bir səyyar görüş haqqında təəssüratlarım

28 Aprel 2022-ci il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Nəcəfqulubəyli kənd tam orta məktəbində səyyar qəbul keçirdi. Sözügedən kənd...

Ağcabədidə “Əbədi müstəqillik” adlı sərgi açılıb

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 28 May – Müstəqillik Günü ilə əlaqədar olaraq “Əbədi müstəqillik” adlı sərgi açılıb. Sərgidə...

Bağçılıq təsərrüfatı genişləndirilir

         Son illər rayonumuzda bağçılıq təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Artıq ayrı-ayrı şəxslər, fermer təsərrüfatı rəhbərləri, mütəxəssislər özlərinə məxsus olan...

Ekoloji təfəkkürlə mədəniyyətin sosial sferada münasibətləri haqqında

Mədəniyyət problemi əsrlər boyu insanları düşündürmüşdür. Son iki əsrdə isə mədəniyyətlə yanaşı, daha çox diqqət çəkən məsələlərdən biri də ekoloji problemlərdir. Aydın...

Şəhidin doğum günü mərasimi

         Kəbirli kəndində Vətən müharibəsi şəhidi Təhmasib Qarayevin doğum günü qeyd olunub. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,...

Təcrübə məşğələləri yaxşı səmərə verir

         Nəcəf Allahverdiyev adına Ağcabədi Peşə Məktəbi tədris işlərini müasir səviyyədə qurur, tələbələrin bilikli və hazırlıqlı mütəxəssis kimi yetişmələri istiqamətində lazımi tədbirlər...

Azərbaycan-Litva münasibətləri yüksələn xətlə inkişaf edir

     Tarixin hansı mərhələsində olursa-olsun, dünyanın siyasi xəritəsində meydana çıxan yeni müstəqil dövlət ayaq üstə qalmaq üçün bir-birindən çətin sınaqlarla üz-üzə gəlir....

Ümumrayon yığıncağı keçirilib

May ayının 21-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində bölgə  ərazisində ideoloji maarifləndirmə işini həyata keçirən təbliğat qrupu üzvlərinin iştirakı ilə ümumrayon yığıncağı keçirilib.

Şərhlər