15 C
Aghjabadi
Şənbə, May 21, 2022

Ağcabədidə növbəti səyyar qəbul keçirilib – VİDEO

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun növbəti səyyar qəbulu martın 16-da Bayraq Muzeyində keçirilib.

Rayon sakinləri ilə keçirilən görüşdə İcra Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər. 

İcra başçısı Novruz bayramı münasibəti ilə iştirakçıları təbrik edib,onlara can sağlığı,bol ruzi-bərəkət arzulayıb.

Vətən müharibəsində qazandığımız qələbəyə, Azərbaycanın beynəlxalq nüfuzuna diqqət çəkən R.Hüseynov qeyd edib ki, bu zəfər Prezident, xalq və ordu birliyinin, milli həmrəyliyimizin parlaq nümunəsidir. Aparılan düzgün siyasət, dövlətimizin qüdrəti, ordumuzun döyüş qabiliyyəti Azərbaycanın nüfuzunun daha da artmasına səbəb olub. 

Bu gün Qarabağda əvvəlki xoşbəxt həyatın bərpası üçün görülən  işlərdən danışan natiq torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə rəhmət diləyib,qazilərimizə can sağlığı arzulayıb.

İcra başçısı çıxışında həmçinin son zamanlar rayonumuzda həyata keçirilən quruculuq, abadıq işlərindən, inkişafdan danışıb, bununla yanaşı, həlli vacib olan müəyyən problemlərə də toxunub, enerji təminatında,suvarmada, səhiyyə xidmətində olan çatışmazlıqlardan söz açıb.

Sonra sakinlərin müraciətləri dinlənilib,  onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətindəmüəyyən tapşırıqlar verilib.

Xəbər lenti

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

“Rəqəmsal icra hakimiyyəti”

“Rəqəmsal icra hakimiyyəti” portalı istifadəyə verilib. Portal vətəndaş qəbulu, xidmətlər, elektron iştirakçılıq və məlumatlandırma bölmələri olmaqla 4 istiqamətdə vətəndaşlara xidmət göstərir.

Şərhlər