17.1 C
Aghjabadi
Şənbə, May 21, 2022

Azərbaycanda çörək üçün yararlı buğda növünün istehsalı planlaşdırılır

Bu barədə Aqroparkın icraçı direktoru Elman Kərimov bildirib. O qeyd edib ki, 2022-ci il ərzində 6 428 ton arpa, 3 582 ton buğda, 11 084.4 ton qarğıdalı, 1 864 ton pambıq, 61 580 ton silos istehsalı proqnozlaşdırılır: “Əsas profilimiz ikili əkin – pambıq və qarğıdalı istehsalıdır. Buna görə də pambıq və qarğıdalı istehsalını artırmağı planlaşdırırıq. Hazırda qarğıdalı bu növ məhsulun yetişdirilməsi üçün ən əlverişli ərazilərdən olan Ağcabədi rayonunda becərilir”.

E.Kərimovun sözlərinə görə, aqropark hazırda yalnız bərk buğda növü istehsal edir ki, bu da makaron istehsalı üçün yararlıdır. Gələcəkdə isə çörək üçün yararlı olan buğda növünün istehsalının təşkili də planlaşdırılır.

İcraçı direktor qeyd edib ki, qarşılarında dayanan ən əsas məqsəd daxili bazarın tələbatını ödəmək, istehlakçıları keyfiyyətli və ekoloji cəhətdən təmiz məhsulla təmin etməkdir. Aqropark yerli bazarı məhsulla tam təmin etdikdən sonra ixracla bağlı planlar üzərində çalışacaq.

Qeyd edək ki, aqroparkın ümumi sahəsi 3 min, faktiki əkin sahəsi 1 368 hektardır. Ümumi dəyəri 35 mln. manat olan aqroparkın yaradılmasına İqtisadiyyat Naziriliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 9.8 mln. manat güzəştli kredit verilib.

Xəbər lenti

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

“Rəqəmsal icra hakimiyyəti”

“Rəqəmsal icra hakimiyyəti” portalı istifadəyə verilib. Portal vətəndaş qəbulu, xidmətlər, elektron iştirakçılıq və məlumatlandırma bölmələri olmaqla 4 istiqamətdə vətəndaşlara xidmət göstərir.

Şərhlər