Gənclərin peşə təhsilinə dəstək layihəsi – VİDEO

Martın 18-də ADPU Ağcabədi filialında “Qarabağ iqtisadi rayon gənclərinin peşə təhsilinə marağın artırılmasına dəstək verilməsi”  layihəsi çərçivəsində görüş keçirilib. Sözügedən filial tələbələrin iştirakı ilə keçirilən tədbir Müasir Gənclik və Sosial İnkişaf İctimai Birliyi tərəfindən təşkil olunub.

Birliyin təlimçisi Asim Əsgərli görüş zamanı insan kapitalının əhəmiyyəti, gənclərin peşə təhsili ilə bağlı problemlər, informasiya texnologiyaları və peşə hazırlığı, karyera nədir, peşə karyerasının idarə edilməsi, uğurlu peşə ixtisas seçimində valideyn rolu, iş üçün zəruri olan  10 şərt, karyera quruculuğu, ixtisas və bazar ehtiyacı və digər məslələr barədə ətraflı söhbət açıb.

Qeyd edək ki, respublikanın 5 rayonunda həyata keçirilməsi nəzərdə tutulan layihənin əsas məqsəd yeniyetmə və gənclərin müasir peşə hazırlığına yiyələnməsini təmin etmək və lazımi istiqmətlər verməkdən ibarətdir.

Rəmziyyə HƏSƏNOVA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com