5.6 C
Aghjabadi

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz bayramı şənliyi keçirilib

  Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ Regional ofisində baharın gəlişi və təbiətin oyanması ilə simvolizə olunan Novruz bayramı münasibətilə bayram tədbiri keçirilib.

     Tədbirdən öncə mərkəzin bir qrup əməkdaş və könüllüləri tərəfindən Novruz bayramı münasibəti ilə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Əliyev Dəyanət Ələsgər oğlu, Abbasov Toğrul Bayram oğlu, Ağayev Naim Süleyman oğlu, Fərəcov Fərid Yaşar oğlunun ailələri ziyarət olunub. GTM Qarabağ ofisi və “Güvən Xeyriyyə və Dostluq Cəmiyyəti tərəfindən şəhid ailələrinə “DOST xonçası” və bayram hədiyyələri təqdim edilib.

   Tədbiri giriş sözü ilə açan GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı tədbir iştirakçılarını Azərbaycan xalqının qədimlərdən sevə-sevə qeyd etdiyi, milli və tarixi adət-ənənlərimizin yaşadıldığı, eləcə də Şərq dünyasında yeni ilin başlanğıcı hesab olunan Novruz bayramı münasibətilə təbrik edib, bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb. 

   Tədbirdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək, birldirib ki, Novruz bayramı həmrəylik, dostluq, qardaşlıq bayramıdır. Eyni zamana onu da qeyd edib ki, 44 günlük Vətən müharibəsində bütün xalqımız, xüsusilə əsgər analarıböyük iradə nümayiş etdirmişdir. Məhz o oğulların sayəsində Azərbaycan xalqı bu gün qalibdir. Ona görə də bu gün biz də həmin əsgər-qazilərimizdən, şəhid ailələrindən diqqətimizi əsirgəməməliyik, onlara daim hərtərəfli dəstək olmalıyıq. 

Şənlik GTM Qarabağ ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ninkönüllülərinin, Yaqub Məmmədov adına Ağcabədi şəhər Mədəniyyət evinin, Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin, Ağcabədi şəhər 2 saylı körpələr evi-uşaq bağçasının balaca fidanlarınınhazırladığı rəngarəng konsert proqramı ilə davam edib. Bahar qız, Kosa və Keçəl uşaqları şənləndirib, onlara sevincli anlar yaşadıb.

Sonda xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrinə GTM Qarabağ ofisi, YAP Ağcabədi rayon təşkilatı, “Güvən Xeyriyyə və Dostluq Cəmiyyəti tərəfindən bayram sovqatı və hədiyyələr təqdim edilib.

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər