Martın 15-də Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən rayon mərkəzi kitabxanasında Novruz bayramı ilə əlaqədar tədbir keçirilib. Tədbiri kitabxananın direktoru Məhəbbət Əliyeva giriş sözü ilə açaraq, iştirakçılar Novruz bayramı münasibəti ilə təbrik edib. Natiq Novruz bayramı, ilaxır çərşənbə haqqında geniş məlumat verib. Qeyd olunub ki, ilaxır çərşənbəsi torpaq çərşənbəsidir. Həmin çərşənbə torpağın oyanması ilə əlaqədar mifik təsəvvürləri əks etdirir. Əslində, torpaq çərşənbəsi əvvəlki üç çərşənbənin ümumiləşdirilmiş yekununu şərtləndirir. Köhnə ilin yola salınması, yeni ilin qarşılanması məhz həmin çərşənbədən başlanır.
Sonda tədbir iştirakçıları “Yurdumuza bahar gəlir!” mövzusunda sərgi ilə tanış olublar.
Hüseyn QULUZADƏ