Ölkə iqtisadiyyatı güclənmiş, əhalinin maddi rifahı yüksəlmiş,ordu quruculuğu sahəsində mühüm işlər görülmüşdür. Erməni işğalçıları üzərində qazanılmış Qələbə silahlı qüvvələrin hansı hərbi gücə malik olmasının sübutudur. İşğaldan azad edilmiş ərazilərdə ardıcıl olaraq böyük işlər görülür, yollar çəkilir, su, qaz, elektrik təchizatı məsələləri mərhələ-mərhələ həyata keçirilir. İnfrastruktur layihələrin icrasına həm yerli, həm də xarici şirkətlərin cəlb edilməsi onu göstərir ki, işğaldan azad edilmiş ərazilər tezliklə öz doğma sakinlərini qoynuna alacaqdır.
Qazanılan nailiyyətlər içərisində ölkəmizin idman uğurları da xüsusi önəm daşıyır.
İdmançılarımız Dünya və Avropa çempionatlarında, olimpiadalarda uğurla çıxış edərək üçrəngli bayrağımızı zirvələrdə dalğalandırırlar.
Bu yaxınlarda Güləş üzrə Bolqarıstanda keçirilən 7-ci Avropa çempionatında idmançılarımızın parlaq qələbəsi idman uğurlarımızın davamıdır.
İdmançılarımız bu yarışda 7-si qızıl olmaqla 16 medal qazandı. Komanda hesabında Azərbaycan idmançıları 1-ci pillədə qərar tutdu.
Mart ayının 17-də cənab Prezident İlham Əliyev çempionat iştirakçılarını bu münasibətlə qəbul etməsi Ölkə rəhbərinin idmana necə böyük önəm verməsinin təzahürüdür.
Görüş zamanı cənab Prezident idmançılarımızın Avropada birincilik əldə edərək, himnimizi 7 dəfə səsləndirməyə nail olmaqla böyük bir uğura imza atmaları kimi dəyərləndirmiş, Azərbaycanın idman ölkəsi olduğunu, idmanın inkişafı üçün hər cür şərait yaradıldığını, idmanın kütləviliyinin təmin edildiyini, bölgələrdə 50-yə yaxın Olimpiya idman komplekslərinin tikilməsini, yaradılmış münbit şəraitin idmançılarımızın nailiyyət qazanmasının əsas səbəbi olduğunu vurğulamışdır.
Cənab Prezident onu da qeyd etmişdir ki, idmançılarımızuzun illərdir ölkəmizi dünya arenasında layiqli təmsil edirlər.İdman Azərbaycanın dövlət siyasətinə çevrilmişdir. Mötəbər yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinq sırası onugörərik ki, adətən inkişaf etmiş ölkələrin idmançıları daha yaxşı nəticələr əldə edirlər.
Gənclərin hərtərəfli, vətənpərvər və sağlam ruhda böyüməsində idmanın çox böyük təsiri vardır. 44 günlük Zəfər Müharibəsində gənclərimiz çətin relyefli, dağlıq ərazilərdə idman vərdişləri nəticəsində Qələbəyə nail ola bildilər. Ordumuzun tərkibində minlərlə idmançı iştirak etmiş və böyük sücaətlər göstərmişlər.
İdmançılarımızın Beynəlxalq yarışlarda qazandığı uğurlar Vətən Müharibəsində Erməni işğalçıları üzərində qazanılan qələbənin bir növ davamıdır.