Məktəblilərin Novruz bayramı

Baharın gəlməsi münasibətilə qeyd edilən Novruz bayramı dünyanın bir çox ölkəsində olduğu kim Azərbaycanda da təntənə ilə keçirilir.
Novruz bayramı təzə ili, yəni baharın ilk gününü qarşılamaq deməkdir. Təbiətin oyanması, həyatın canlanması Novruzdan başlayır. Novruz xalq üçün şən, sevimli və təntənəli bir bayramdır. Bu bayram sevincinə Ağcabədi şəhəri M.Əsədov adına 5 saylı tam orta məktəbin III B sinif şagirdləri də qoşulub. Şagirdlərin hazırladığı tədbirdə Novruzun bizim üçün dəyəri , bu bayramın bizə bəxş etdiyi sevinc, milli dəyərlərimiz və adət ənənələrimiz əks olunmuşdur.


Tədbirdə çıxış edən məktəbin direktoru Fəridə Allahverdiyeva Bahar bayramı münasibətilə iştirakçıları təbrik edib, xoş arzularını bildirib.
Tədbirin bədii hissəsində Azərbaycan və Türkiyə bayraqları dalğalandırlıb. Daha sonra yazın müjdəçisi olan “Qaranquş və bənövşə” rəqsi edilib.
Bayramın personajları olan Kosa , Keçəl və Bahar qızı tədbirdə xoş ovqat yaradıblar. Kosa və Keçəl xüsusi zarafatları ilə insanları əyləndirib, Bahar qızı isə qızlarla bərabər bulaq başından su gətirib, Novruzla bağlı bayatılar söyləyib, yumurtalar rəngləyib, maraqlı oyunlar oynayıb, şən musiqilərin sədası altında rəqs ediblər.
F. Allahverdiyeva və sinif müəllimi A.Əmədova tərəfindən tonqal alovlandırılıb. Sonra tədbir iştirakçıları ocaq başında yallı gediblər, tonqalın üstündən tullanıblar.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər