18.9 C
Aghjabadi

22 Ərazi Məşğulluq filialı ləğv olundu – Sahil Babayevdən İSLAHAT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Xidmətində yenidən struktur islahatları aparılacaq.
 

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə 22 şəhər və rayon üzrə Ərazi Məşğulluq filialı ləğv olunub. Bunun yerinə 14 ərazi üzrə yeni qurum yaradılıb. Yeni qurumlar Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq qurulacaq. Qeyd edək ki, 2020-ci ilin iyul ayında nazir Sahil Babayevin əmri ilə 78 şəhər və rayon üzrə Məşğulluq Mərkəzləri ləğv olunaraq 22 ərazi üzrə yeni qurum – Ərazi Məşğulluq filialları yaradılmışdı.

 İqtisadi rayonlar üzrə bögünü təqdim edirik: Bakı iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Bakı şəhəri); 

Naxçıvan iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları);

 Abşeron–Xızı iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları);

 Dağlıq Şirvan iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları); 

Gəncə–Daşkəsən iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları); 

Qarabağ iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);

 Qazax–Tovuz iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları); 

Quba–Xaçmaz iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları); 

Lənkəran–Astara iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları); 

Mərkəzi Aran iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları);

Mil–Muğan iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);

 Şəki–Zaqatala iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları); 

Şərqi Zəngəzur iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları); 

Şirvan–Salyan iqtisadi rayonu üzrə Ərazi Məşğulluq Mərkəzi (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları)

Xəbər lenti

Mənim anam Zəhra müəllimdir

Anamla mən bir-birimizdən çox fərqli insanlarıq. Yox, bəzi oxşarlıqlarımız da var. Məsələn, ondan mənə yazmaq, bir də nəfəs...

Həcər Əliyeva: Müəllim kimi də, qadın kimi də xoşbəxtəm

Əliyeva Həcər Əlinağı qızı Ağcabədidə doğulub. Azərbaycan Pedaqoji Dillər İnstitutunu (İndiki ADU) bitirib. İngilis dili müəllimidir. Hazırda M.F.Axundov adına Ağcabədi şəhər 3...

“Müəllim məni atamın ölümünə görə utanmağa qoymadı…”

 7-ci sinifdə oxuyuram. Qış aylarıdır. Atamın 40-ı təzə çıxıb. Yeni-yeni məktəbə qayıdıb, dərslərə adaptasiya oluram... Azərbaycan dili dərsidir. Müəllim...

Ağcabədi sakinini maşın vurub

Oktyabrın 4-ü, saat 23:00 radələrində, Qaradağ rayonunun ərazisində Saatlı rayon sakini Y.Məmmdəov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Ağcabədi rayon sakini Elşən...

Bu müəllimləri siz də tanıyın

Ötən tədris ilində Ağcabədidən 20 nəfər məzun 600 baldan yuxarı nəticə göstərərək ali məktəblərə qəbul olunmuşdu. “Aran” qəzetində onların hər biri haqqında...

Ağcabədi məktəbliləri Vətən müharibəsinə və Müstəqilliyin Bərpası Gününə həsr edilən məruzələr dinləyiblər

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən yeni tədris ilində ümumtəhsil məktəblərində məruzələrin keçirilməsi davam etdirilir. Oktyabr ayında keçirilən məruzələr Vətən müharibəsinin...

Ulu Öndərin arzuları reallığa çevrildi

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixi taleyüklü anlar və məqamlarla zəngindir. Həlledici amil isə liderlik fenomeni, yaxud lider faktorudur. İnkaredilməz həqiqətdir...

Şəhid Anar Cəfərovun anım mərasimi keçirildi

                            44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də 1977-ci ildə Ağcabədi şəhərində...

Prezident təqaüdünə layiq görülüblər

Prezident İlham Əliyev 2022-2023-cü tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. “Aranqazeti.az”  saytı xəbər...

Elm və təhsil naziri Bərdədə Ağcabədi sakinlərini qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 27-də Bərdə şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Füzuli, Xocalı, Xocavənd rayonları...

Şərhlər