Nazir Rüstəmov – “Səsim Allaha çatmır”

Yenə yer-göy alışır,
Yanır savaş içində…
Yenə aləm qarışır
Bir sərsəm baş içində.

Yenə uşaqlar ölür,
Yenə işıqlar sönür,
Şəhərlər külə dönür,
Kəndlər atəş içində.

Bu dərdi kim oxşasın?
Bu dərdi kim daşısın?
Dünya necə yaşasın
Qorxu, təlaş içində?

Əlim silaha yatmır,
Min dəfə sına, yatmır…
Səsim Allaha çatmır,
Gözlərim yaş içində.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər