Ağcabədidə avtomat satan paytaxt sakinləri tutuldu

Ağcabədi Rayon Polis Şöbəsi silah satışı ilə əlaqədər əməliyyat tədbiri keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ş.Əhədov və tanışı, əvvəllər məhkum olunmuş R.Əliyev bir ədəd “AK-74” markalı avtomat silahı, bir ədəd patron darağı və 28 ədəd patronu satarkən saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər