Erməni daşnaq birləşmələrinin 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qarabağda, Naxçıvanda, Qubada, Xaçmazda, Lənkaranda, Salyanda, Zəngəzurda və digər ərazilərdə Sovet qoşunları ilə birləşərək törətdikləri qətliam dünyanın ən dəhşətli faciələrindən biri kimi tarixə düşmüşdür. Həmin hadisələrdə ermənilər nə qadına, nə uşağa nə də qocalara belə rəhm etməmişlər. Halbuki, Azərbaycan ordusu 2020-ci ilin sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Zəfər Müharibəsində humanizm nümayiş etdirmiş, dinc əhaliyə qarşı heç bir qəddarlıq göstərməmiş, əksinə onlarla humanist rəfdar edilmişdir.
Ermənilərin xalqımıza qarşı törətdiyi bu soyqırım 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” verdiyi fərman soyqırım hadisələrinə siyasi qiymət verilməsi baxımından, soyqırımın beynəlxalq içtimaiyyətə çatdırılması nöqteyi nəzərindən isə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2018-ci il yanvar ayının 18-də “1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” verdiyi Sərəncam xüsusi əhəmiyyət daşıyır.
Ermənistanın təbliğat maşınının 31 mart soyqırımını ört- basdır etmək istiqamətində dəridən-qabıqdan çıxması, qərbdəki havadarlarına arxalanan məkrli planları ardıcıl olaraq iflasa uğramaqdadır.
31 mart- Azərbaycanlıların Soyqırımı günü ərəfəsində Ermənistan həm siyasi meydanda, həm də Qarabağ ərazisində yenidən fəallaşaraq pozucu fəaliyyətini genişləndirmişdir. Son dövrlər dünyada baş verən siyasi proseslər xüsusən, Rusiya ilə Ukrayna arasında başlayan müharibənin fonunda, böyük dövlətlərin və Beynəlxalq təşkilatların, yeritdikləri siyasətə uyğun manipulyativ çıxışlar Ermənistanın destruktiv fəaliyyətinin əsas xəttini təşkil edir.
Ermənilərin bu istiqamətdə xüsusi canfəşanlıq göstərməkləri aydındır. Baş verən hadisələrdən yararlanmaq, bir müddət öncə qaz xətlərində baş verən qəza nəticəsində qaz verilməsindəki problemə “Humanitar Fəlakət” donu qeydirməyə cəhd edilməsi, işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkar edilməsinin danılması, Zəngəzur dəhlizinin açılmasına hər cəhdlə mane olmaq, sərhədlərin dəqiqləşməsi və tanınması, bütövlüklə sülh müqaviləsinin bağlanmasını əngəlləmək erməni siyasətinin başlıca hədəfləridir. Ancaq ermənilər bir vacib məsələni unudurlar. Azərbaycan indi 1918-ci ildəki ölkə deyil. Hazırda Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, güclü orduya malik, zaman-zaman itirdiyi torpağı geri almağı bacaran qalib bir ölkədir. O ölkə ki, modern orduya, yumruq kimi birləşmiş xalqa və dünya siyasətinə dərindən bələd olan, uzaqgörən bir liderə- Müzəffər sərkərdəyə malikdir.
Soyqırımı günü ərəfəsində Qarabağda yenidən fəallaşan erməni təxribatçıları başa düşməlidirlər ki, onlar ya Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edib qanunlara tabe olmalı, ya da köçüb “sevimli” havadarlarının yanına getməlidirlər.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı