20.2 C
Aghjabadi

Ağcabədidə barama istehsalına hazırlıq işləri start götürüb

            Son illər ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişaf etdirilməsi proritet istiqamət elan olunub. Həyata keçirilən ardıcıl tədbirlər sayəsində kənd təsərrüfatı yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Hazırda bu mühüm sahədə inkişaf tempi uğurla davam edir. Kənd təsərrüfatının gəlirli sahələrindən olan baramaçılıqda da uğurlu nəticələrə imza atılıb. Respublikamızda baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində ciddi addımlar atılır.

            Dövlət dəstəyi sahəsində ölkənin hər yerində baramaçılıq təsərrüfatına əhali tərəfindən maraq xeyli artıb. Görülmüş yüksək aqrotexniki tədbirlər nəticəsində əvvəlki illərlə müqayisədə fermer təsərrüfatlarında barama istehsalı geniş vüsət alıb.

            Rayonumuzda da baramaçılığın inkişaf etdirilməsi sahəsində diqqətəlayiq nəticələr əldə olunub. Artıq bölgənin fermer təsərrüfatlarında cari il üçün barama istehsalına hazırlıq işləri start götürüb. Bununla əlaqədar olaraq Ağcabədi Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanova müraciət etdik. Onunla söhbətimiz məsələyə bir qədər aydınlıq gətirdi.

            A.Süleymanovun dediklərinə görə, son bir neçə il ərzində rayonda baramaçılıq sahəsində yüksək nailiyyətlər qazanılıb. Göstərilən dövlət diqqət və qayğısı sayəsində rayon kümçüləri hər il bol məhsul yetişdirməyə nail olublar.

            Təkcə ötən 2021-ci ildə rayonumuzda 452 kümçü tərəfindən 1200 qutu tut ipəkqurdu bəslənilib və 48 min 368,1 kq yaş barama istehsal edilərək, “Azəripək” ASC-yə təhvil verilib. Həmin yaş baramanın hər kiloqramına görə (əyrilən və karapaçax barama istisna olmaqla) kümçülərə 235 min 204 manat məbləğində dövlət büdcəsi vəsaiti hesabına subsidiya, həmçinin hər kiloqram baramanın dəyəri olmaqla “Azəripək” ASC-tərəfindən 188 min 561 manat, ümumilikdə, 423 min 765 manat məbləğində vəsait kümçülərin bank hesablarına köçürülüb.

            Cari təsərrüfat ilində barama yetişdirilməsi ilə əlaqədar rayonda hazırlıq işlərinə başlandığını vurğulayan Mərkəz direktoru qeyd edib ki, hazırda rayon kümçülərinin siyahısı müəyyənləşdirilir, kümxanaların qaydaya salınması, dezinfeksiya olunması və maarifləndirmə tədbirləri həyata keçirilir.

            A.Süleymanov söhbətində barama alışı ilə əlaqədar son yeniliklər barədə də məlumat  verib.  Bildirilib ki, ötən il baramanın hər kiloqramına 5 manat subsidiya və 4 manat “Azəripək” ASC tərəfindən alış qiyməti olmaqla, ümumilikdə kümçülərə təhvil verilən yaş baramanın hər kiloqramına 9 manat vəsait ödənilib. Bu il Subsidiya Şurası tərəfindən baramanın hər kiloqramına ödənilən subsidiyanın məbləğinin artırılaraq, 6 manat və baramanın alış qiymətinin 5 manat təyin olunması nəticəsində kümçülərə təhvil veriləcək yaş baramanın hər kiloqramına ümumilikdə, 11 manat vəsait ödəniləcək. Bu da kümçülərin maddi rifah halının yüksəlməsinə və daha çox gəlir əldə etməsinə səbəb olacaq.

Yəhya PAŞAZADƏ

Xəbər lenti

Şəhid Hafiz Həziyevin anım mərasimi keçirildi

Il Qarabağ müharibəsində işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi əməliyyatlarında iştirak edən qəhrəmanlarımızdan biri də Ağcabədi rayonunun Yeni Qaradolaq kəndindən olan...

Cəbrayıldan başlayan “Böyük Qayıdış”

         Azərbaycan 44 günlük Vətən müharibəsini qələbə ilə yekunlaşdırdıqdan sonra dünyaya azad etdiyi torpaqlara necə sahibləndiyini, onu necə göz...

Avşar kəndində səyyar qəbul

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2022-ci il üçün sayca  30-cu səyyar qəbulu Avşar kəndində  keçirilib. Səyyar qəbulda rayon icra hakimiyyəti başçısı  aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və...

Şagirdlərə “18 Oktyabr Müstəqiliyin Bərpası Günü” adlı məruzə oxunub

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən yeni tədris ilində şəhər ümumtəhsil məktəblərində məruzələrin davam etdirilir Oktyabr ayında keçirilən məruzələr Vətən muharisəsinin...

Bronxoektaziya xəstəliyində niyə müalicəvi idman terapiyası mütləqdir?

Bronxoektaziya – bronxların patoloji genişlənməsi ilə xarakterizə olunan iltihabı xəstəlikdir. Bronxoektaziya əksər hallarda ağciyərin bir çox xəstəliklərinin (vərəm, xroniki abses və bir...

4 Oktyabr Yaddaşlarda qalan tarixi gün

Azərbaycan Ordusu 44 gün ərzində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Zəfər yürüşünü uğurla, şərəflə və qətiyyətlə davam etdirdi, daim irəli getdi,...

Ağcabədidə 5 Oktyabr – Müəllimlər Günü qeyd olundu

Ağcabədi rayonunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları öncə ulu  öndər Heydər Əliyevin abidəsini ziyarət edib...

Müəllimlər təltif olundu

5 oktyabr Müəllimlər Günü ilə bağlı növbəti tədbir  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində keçirilib. Çağırışa qədər...

Böyük Qayıdış Cəbrayıldan başlamışdır

           Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində 30 ilə yaxın Azərbaycan torpaqlarının 20 faizi, Qarabağ ərazisi və ətraf...

Ağcabədidə “Zəfərin ilk müjdəçisi – Cəbrayıl“ adlı dəyirmi masa keçirilib

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Zəfərin ilk müjdəçisi - Cəbrayıl“ adlı dəyirmi masa keçirilib. Ağcabədi şəhər 3 nömrəli...

Şərhlər