7.5 C
Aghjabadi

Aqrar Sığorta Fonduna kütləvi müraciətlər başladı – ÇOXSAYLI SIĞORTA HADİSƏLƏRİ

Son həftələr respublikada hava şəraitinin kəskin dəyişməsi, bəzi ərazilərdə güclü yağışlar, sel-subasması, külək, qasırğa fırtına, temperaturun kəskin aşağı düşməsi və sair hallarla müşayiət olunub. 

Bu hallar nəticəsində bölgələrdəki kənd təsərrüfatı obyektlərinə – əkin sahələrinə də zərər dəyir.

Aqrar Sığorta Fondundan verilən məlumata görə, baş verən hadisələrlə bağlı Fonda çoxsaylı müraciətlər başlayıb.

«İndiyədək əkin sahələrini və təsərrüfatlarını sığorta etmiş sahibkarlar və şirkətlər sığorta hadisələri ilə bağlı Fonda müraciətlər edirlər. Müraciətlər sel-subasma, güclü külək, qasırğa, üçüncü şəxslərin hərəkətləri, o cümlədən mal-qaranın əkin sahələrini məhv etməsi, şaxtavurma və sair halları əhatə edir. Fermerlərin hadisələrlə bağlı bütün müraciətləri qeydə alınır, cavablandırılır,  hadisələr araşdırılır və ilkin olaraq dəyən zərərin məbləği dəqiqləşdirilir».

Fond bildirir ki, bölgələrdən daxil olan müraciətlər müstəqil aqrar sığorta ekspertlərinin iştirakı ilə araşdırılır: «Ekspertlər hadisə ərazisinə baxış keçirir, hadisəni və onun nəticələrini qeydə alır, ilkin olaraq dəyən zərəri hesablayırlar. Araşdırmalar başa çatdıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta hadisələri üzrə ödənişlər həyata keçiriləcək».

Fond bildirir ki, təsərrüfatlarda hadisələr Cəlilabad, Masallı, Qobustan, Kürdəmir, Şəki, Neftçala, Qəbələ və başqa rayonlarda qeydə alınıb: «Zərər çəkən sahələr arasında taxıl səhələri, meyvə bağları, fındıq sahələri var. Bütün hallar araşdırılır».

Aqrar Sığorta Fondu bir daha sığortalı fermerləri öz əkin sahələrinə baxış keçirməyə və baş verən hadisələrlə bağlı Fonda müraciət etməyə çağırır.

Eyni zamanda Fond indiyədək sığortadan istifadə etməyən fermerləri və şirkətləri belə halları nəzərə almağa və aqrar sığorta vasitəsilə təsərrüfatlarını sığortalamağa dəvət edir: 

«Hazırda dövlət dəstəkli aqrar sığorta mexanizmi ölkədə ən çox becərilən 41 bitkini 30-a qədər riskdən qoruyur. Son günlər bu risklərlə bağlı hadisələri müşahidə edirik.  Aqrar sığorta tariflərini və bu sahədə fermerlərə 50%-lik dövlət dəstəyini nəzərə aldıqda, aqrar sığorta əkinləri qorumaq üçün olduqca sərfəli üsuldur. Fermerlərimizi dövlətin yaratdığı bu imkandan faydalanmağa çağırırıq».

Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür.

Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Xəbər lenti

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Ağcabədidə sürətli şahmat üzrə rayon turniri keçirilmişdir

    30 noyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaq...

Azərbaycanın uğurlu inkişafının memarı Ulu Öndər Heydər Əliyev olmuşdur

    Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində rolu, həlledici olmaqla bərabər, çoxcəhətli və çoxşaxəli xarakteri ilə xüsusi əhəmiyyətə malikdir. Ölkəyə rəhbərlik etdiyi...

295 min ton təhvil verilib

Bugünədək fermerlər tərəfindən kondisiya çəkidə 295645 ton pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə,...

Bakıda “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda...

Regional sabitlik və potensial əməkdaşlıq təmin olunacaq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib.

“Baş məşqçinin məni niyə əvəzedici heyətə göndərdiyini bilmədim” – MÜSAHİBƏ

"Aranqezet.az" saytı vaxtilə Bakının "Neftçi" klubunda top qovan və Azərbaycan futbol tarixinə yeganə avstraliyalı futbolçu kimi düşən Con Tamburasın müsahibəsini təqdim edir.

Pambıq yığımı davam edir

     Rayonumuzda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz əvvəlki şöhrətinə qayıdır.Bu isə təsərrüfat rəhbərlərində böyük ruh...

Şərhlər