Rayon icra hakimiyyətində yığıncaq keçirilib

​Aprelin 1-də Ağcabədi Rayon İcra Hakimiyyətində yığıncaq keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, fermerlər, kənd təsərrüfatı mütəxəssisləri, media mənsubları qatılıblar. Yığıncağın işində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov payızlıq əkin sahələrinə aqrotexniki qulluq, təsərrüfat bitkilərinə qulluq və rayonda pambıq əkininə hazırlıq barəsində ətraflı danışıb. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev ölkənin ən böyük təsərrüfat rayonlarından biri olan Ağcabədinin respublikanın kənd təsərrüfatı sahəsində oynadığı mühüm roldan, rayonda əkilib becərilən kənd təsərrüfatı bitkilərinə qulluq və qayğıdan geniş söhbət açıb. 

​İclasda həmçinin kənd təsərrüfatı ilə məşğul olan işçilərin arzu və təklifləri dinlənərək qarşıya çıxan çətinlik və problemlərin həlli istiqamətində əlaqədar qurumlara müvafiq tapşırıqlar verilib.

“Aran”

Türkiyədəki zəlzələ ilə bağlı yardım toplama məntəqəsi yaradıldı

Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərər çəkən insanlara humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. “Qafqazinfo” səfirliyə istinadən xəbər verir...

XRİTDX: “Mayda bütün dövlət qurumlarının yeni poçt sisteminə köçürülməsinə başlanacaq”

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə...

Azərbaycan Ordusunun bölmələrinə həyəcan siqnalı verilib, döyüş qabiliyyəti yoxlanılıb

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə...

DYP sürücü və piyadalara çağırış edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına çağırış edib. İdarədən "Report"a daxil olan açıqlamada deyilir:

Türkiyə səfirliyi zəlzələdən zərərçəkənlərə yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib

Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. Diplomatik nümayəndəlikdən “Report”a bildirilib ki, zərərçəkənlərin əsasən qış...

Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi – Fotolar

Prezident İlham Əliyev fevralın 7-də Konqonun ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul edib.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3 381-ə çatıb, 20 426 nəfər yaralanıb – YENİLƏNİB

10:50 Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə yüksəlib. “Aran” Türkiyə KİV-lərinə istinadən bildirir.

Energetika naziri Beyləqanda vətəndaşlarla görüşəcək

Energetika naziri Pərviz Şahbazov fevralın 24-də Beyləqan, Ağcabədi, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən AZƏRTAC-a bildirilib ki,...

Azərbaycan Türkiyəyə tibbi ləvazimat və 34 nəfərlik tibbi heyət olan daha iki təyyarə göndərib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından...

Quş qripinə qarşı monitorinqlərin nəticələri açıqlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.

Şərhlər