Koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da vaksinasiya tədbirləri uğurlu davam etdirilir. Sakinlərin sağlamlığı naminə həyata keçirilən bu kampaniya daim diqqət mərkəzində saxlanılır.
İndiyə qədər 184 min 687 nəfər rayon sakini COVİD-19-a qarşı peyvənd olunub. Onların 70 min 504 nəfərinə I, 62 min 85 nəfərinə II, 52 min 98 nəfərinə isə III doza üzrə vaksinlər vurulub.
Fiziki imkanları məhdud olan şəxslərin peyvənd olunması səyyar həkim briqadaları tərəfindən evlərdə təşkil olunur.
“Aran”