Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində 31 Mart Azərbaycanlıların Soyqrımı Günü ilə əlaqədar müvafiq tədbirlər planına uyğun olaraq, silsilə tədbirlər həyata keçirilib. Sözügedən müəssisələrdə 31 Mart Azərbaycanlıların Soyqrımı Günü ilə əlaqədar geniş tədbirlər təşkil olunmuş, şəhidlərimizin əziz xatirəsi Ağcabədi şəhər Qəhrəmanlar parkını ziyarət olunması ilə yad edilmişdir.
Mərkəzi kitabxana və kitabxana filiallarında “Soyqrımı unutmayaq!” mövzusunda sərgi və fotostendlər, “Tarix unudulmur” mövzusunda Dəyirmi masa təşkil olunub. Mərkəzi kitabxananın uşaq şöbəsi və kitabxana filiallarında “Soyqrım uşaqların gözü ilə” devizi altında rəsm müsabiqələri təşkil olunub. MKS-nin əməkdaşlari və fəal oxucuların iştirakı ilə Soyqrım günü münasibəti ilə onlayn konfrans keçirilib. Həmçinin Ağcabədi rayon MKS-nin qəsəbə və kənd kitabxana filiallarının əməkdaşları ərazidə yerləşən orta məktəb şagirdləri ilə məktəblilərlə birlikdə soyqırımı ilə bağlı haqqında geniş söhbətlər aparmışlar.
Bundan əlavə rayon uşaq musiqi məktəblərində də 31 Mart Azərbaycanlıların Soyqrımı Günü ilə əlaqədar anım tədbirləri keçirilmişdir. Ayrı-ayrı kənd və qəsəbələrdə şəhidlər xiyabanları ziyarət olunmuşdur.
31 mart Azərbaycanlıların Soyqırım Günü münasibəti ilə əlaqədar Ağcabədi rayon Tarix-Diyarşunaslıq muzeyinin əməkdaşları tərəfindən, şəhər ümumtəhsil məktəbində təşkil edilən mülahizələr də maraqla qarşılanıb.
Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində azərbaycanlıların soyqırımı ilə əlaqədar bağlı anım tədbirində erməni vəhşilikləri haqqında film nümayiş olunub. Mərkəzin kollektiv üzvləri Ağcabədi şəhər Qəhrəmanlar Parkını ziyarət ediblər.