Ağcabədidə 30 yaşlı qızı qaçıran şəxs SAXLANILDI

Ağcabədidə Asan Xidmət əməkdaşını qaçıran şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Day.Az-a bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində mart ayının 7-də Ağcabədi rayonu ərazisində qohumu T.İbrahimovanı qaçırmaqda şübhəli bilinən Qeis Cabbarov saxlanılıb.

Laçın RPŞ-də Q.Cabbarov barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, mart ayının 7-də Laçın rayon sakini, 1992-ci il təvəllüdlü Tutu İbrahimovanın qaçırılması ilə bağlı Laçın Rayon Polis Şöbəsinə məlumat daxil olub. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində T.İbrahimovanın olduğu yer müəyyən edilərək tapılıb.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər