Hindarx qəsəbəsində səyyar qəbul keçirilib

            Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbulunu Hindarx qəsəbəsində keçirib.

            Qəbulda rayon icra hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, qəsəbə icra nümayəndəsi, bələdiyyə sədri, YAP ərazi partiya təşkilatının sədri, məktəb direktorları, qəsəbə ərazisində fəaliyyət göstərən idarə, təşkilat, müəssisə rəhbərləri, fermerlər, torpaq mülkiyyətçiləri və sahibkarlar iştirak ediblər.

            Səyyar qəbulda rayon icra hakimiyyətinin başçısı R.Hüseynov çıxış edərək, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuzun əldə etdiyi böyük qələbədən və hazırda işğaldan azad olunmuş torpaqlarda gedən geniş quruculuq işlərindən söhbət açmışdır.

            Rayon rəhbəri öz çıxışında qarşıdan gələn təsərrüfat işləri, o cümlədən pambıq əkini barəsində danışıb, bununla bağlı görülən işlərdən söhbət açıb.

            Həmçinin, ərazidə yaşayan vətəndaşları narahat edən mövcud problemlərin yerində öyrənilməsi və operativ həlli barəsində rayon rəhbəri qısa zamanda həyata keçiriləcək işləri vurğulayaraq, aidiyyatı təşkilat və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər