Silsilə tədbirlər davam edir

Xəbər verdiyimiz kimi Ağcabədi Rayon İcra Hakimiyyəti, Təhsil şöbəsi və Ağcabədi rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində “Erkən nikaha yox de” mövzusunda  silsilə maarifləndirmə tədbirləri davam edir.

Bununla bağlı rayon icra hakimiyyətinin əməkdaşları Rahilə Şükürova, Vüsalə Məmmədova və Sevinc Niftalıyeva şəhər 4, 5, 6  və 7 saylı tam orta məktəblərində olublar. Sözügedən mövzu ilə bağlı söhbətlər aparıb, müzakirələr edib, şagirdlərin suallarını cavablandırıblar.

Görüşün sonunda “Bir qızın hekayəsi” adlı videoçarx nümayiş etdirilib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər