Yanıq xəsarəti alan 4 yaşlı uşaq vəfat etdi

Ağcabədi rayonunda yanıq xəsarətləri alan 4 yaşlı uşaq dünyasını dəyişib.

Hüsülü kəndində Yavər Mirzəyevə məxsus yaşayış evində baş verən yanğın zamanı yanıq xəsarətləri alan 4 yaşlı Mirzəyev Yusif Yavər oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilib ki, 4 yaşlı uşaq bir neçə gün bundan əvvəl yanıq xəsarəti alaraq xəstəxanaya yeləşdirilmişdi.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər