6.2 C
Aghjabadi

Prezident İlham Əliyevin özünə və xalqına inamının vəhdətindən yaranan tərəqqi


Rövşən Əhmədov: Prezident İlham Əliyevin rəhbərliyi altında son 15 ildə respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatların sürətlənməsi, mühüm infrastruktur layihələrinin reallaşdırılması ölkədə inkişaf dinamikasının möhkəmlənməsinə səbəb olmuş, gələcəkdə iqtisadiyyatın daha da güclənməsi üçün əlverişli imkanlar yaratmışdır. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və gözlənilən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması və digər bu kimi istiqamətlər dövlətimizin qarşısında duran prinsipial öhdəlikləri təşkil edir.
Bu gün müəyyən təşkilatlar daxilində birləşmiş insanlar, ayrı-ayrı vətəndaşlar dövlət başçısına olan etimadlarını birmənalı şəkildə nümayiş etdirirlər. Bunlar isə ona dəlalət edir ki, son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daxilində və beynəlxalq miqyasda qazandığı uğurlar nəinki təkcə Azərbaycan xalqı, həm də nüfuzlu xarici analitik mərkəzlər, ekspertlər tərəfindən də yüksək qiymətləndirilir. Keçirilən bütün rəy sorğularının nəticələri də onu bir daha sübut edir ki, Azərbaycan xalqı öz gələcək xoşbəxtliyini bu siyasətdə görür. Prezident İlham Əliyev dünyada da nüfuzlu, uzaqgörən lider kimi tanınır.
Bütün bunlar ona dəlalət edir ki, Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyası olduqca mühüm önəm daşıyır. Ölkəmiz heç bir qurumdan, dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da inkişafın fundamental komponentinin əsasını təşkil edir. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, hər bir sahədə müşahidə edilən mütəmadi və sürətli tərəqqi tendensiyası, eyni zamanda, dinamik iqtisadi inkişaf keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Digər tərəfdən, güclü, qüdrətli Azərbaycanın sürətli tərəqqisini şərtləndirən başlıca amil mütəmadi səciyyə daşıyan ictimai-siyasi sabitlikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət kursunun nəticəsi kimi, bu gün Azərbaycan, sözün əsl mənasında, sabit bir ölkə kimi səciyyələndirilir. Ekspertlərin də qeyd etdikləri kimi, Azərbaycanda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara, ümummilli mənafeyə tam cavab verməsidir.

Xəbər lenti

12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür

Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları...

“12 Dekabr-Ümummilli Lider Heydər Əliyevin Anım günü”ilə əlaqədar məktəblərdə mühazirələr davam etdirilir

Bu gün Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva tərəfindən M.Aranlı adına 11 saylı tam orta məktəbin Gənc Heydərçilərinə Ulu Öndər Heydər...

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “12 Dekabr-Anım Günü” ilə əlaqədar “Heydər Əliyev və Gənclər siyasəti” adlı tədbir keçirildi

Tədbir 07 dekabr 2022-ci il tarixində Ağcabədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı və Ağcabədi şəhər M.Aranlı adına 11 saylı tam orta...

Ağcabədi sakininin çantasından oğurluq edilib

Yasamal rayonu ərazisindəki mağazaların birində Ağcabədi rayon sakini olan bir qadının çantasından içərisində pulu olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Həmyerlimizdən daha bir uğur

Maltanın paytaxtı Valetta şəhərində 2022-ci il 25-28 noyabr tarixlərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatı keçirilib. Həmin turnirdə uğurlu nəticə qazananlardan biri həmyerlimiz...

Mədəniyyət və dünyagörüşü

 Mədəniyyət maddi və mənəvi sərvətlərin yaradılmasına, mənimsənilməsinə, saxlanmasına və bölgüsünə istiqamətləndirilən ictimai münasibətlər sistemidir. Bu maddi istehsalla şərtlənən, öz mahiyyəti etibarilə sosial...

Süleyman Gözəlov: İlk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm

İdmanla məşğul olmaq insanı bir çox zərərli vərdişlərdən uzaq etdiyi kimi, pis xəstəliklərdən də qoruyur. Müasir dövrün tələblərinə uyğun olan “Sağlam bədəndə,...

Ağcabədidə 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib

       Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)...

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

Şərhlər