“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi “Gənclik narkomaniyaya yox deyir!” Qrant layihəsi çərcivəsində Ağcabədidə növbəti təlimini keçirmişdir

Bu günlərdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi “Gənclik narkomaniyaya yox deyir” layihəsi çərçivəsində rayon tarix-diyarşünaslıq muzeyinin akt zalında gənclərin iştirakı ilə təlim kursu keçirilib.

Tədbiri Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov giriş sözü ilə açaraq qeyd etdi ki, Ümumilli lider Heydər Əliyev narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edirdi. Ölkə başçısı cənab İlham Əliyevin  narkotik vasitələrin və narkomanlığın yayılması ilə mübarizə üzrə müxtəlif dövürlər üçün müvafiq sərəncamlar imzalanması bu sahədə daha böyük işlər görülməsi üçün zəmin yaradıb. Narkomaniya ilə mübarizədə bütövlükdə, cəmiyyətin, dövlətin, xalqın, ən çox isə gənc nəslin fərdi, birgə fəaliyyətinə, böyük ehtiyac olduğunu vurğulayan natiq bildrib ki,  gənclər mənəvi və psixoloji, eyni zamanda fiziki cəhətdən daha güclü olmalıdırlar.

Sonra layihə haqqında geniş məlumat üçün söz təlimçi Rasif Qaçayevə verilmişdir. Rasif müəllim Gənclik narkomaniyaya “yox” deyir layihəsi çərçivəsində gənclərin maariflənməsindən söz açaraq onlar arasında sağlam həyat tərzinin təbliğ edilməsinin və onların narkomaniya  və digər neqativ vərdişlərdən uzaq durmasının vacibliyini diqqətə çatdırıb.

Təlim zamanı narkomaniyaya aid hazırlanmış, müvafiq bukletlər, qeyd kitabçaları, qələmlər və qovluqlar tədbir iştirakçıları arasında paylanıb, iştiraklara sertifikatlar təqdim olunub.

Sözügedən layihə çərçivəsində Ağcabədi Pedaqoji Kollecində də  təlim təşkil olunub.

Şərhlər