15 C
Aghjabadi
Şənbə, May 21, 2022

Asim Mehdiyevin ailəsi ziyarət edilmişdir

            YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov  aparatın  bir qrup əməkdaşı ilə  II Qarabağ müharibəsində itkin düşmüş Mehtiyev Asim Yaqub oğlunun Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində yaşayan ailə üzvləri ilə görüşmüşdür.

Görüş Rövşən Əhmədov Asimin atası Yaqub Mehtiyev və anası Gültəkin Mehtiyeva ilə söhbət zamanı demişdir ki, 44-günlük müharibə nəticəsində əldə edilmiş Qələbədə minlərlə qəhrəman Azərbaycan oğlu kimi Asimin də payı vardır. Müharibənin öz qanunları var, qələbə qansız, itkisiz, şəhidsiz əldə edilmir. II Vətən müharibəsi zamanı kimsə şəhidlik zirvəsinə yüksəldi, kiminin qismətinə qazilik, kimininsə taleyinə isə Asim kimi itkinlik düşdü. Uca allahdan diləyimiz budur ki, bir gün Asimdən də xoş bir xəbər eşidək.

Söhbət zamanı Asim Mehtiyevin atası Yaqub Mehtiyev oğlunun keçdiyi döyüş yolu barədə, sonuncu dəfə 07 noyabr 2020-ci il tarixdə evlərinə zəng edərək “nigaran qalmayın, yaxın zamanlarda qələbə ilə evə dönəcəyəm” deməsini, həmin vaxtdan bu günədək ondan heç bir xəbər almadıqlarını, rəsmi Dövlət qurumları tərəfindən axtarışlar davam etsə də, hələlik dəqiq bir məlumat əldə edə bilmədiklərini söyləmişdir.

Görüşün sonunda YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Asim Mehtiyevin valideynlərinə bildirmişdir ki, bu ailəni daim diqqətdə saxlayacaq və sosial problemlərinin həllinə  dəstək verəcəkdir.

Xəbər lenti

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

“Rəqəmsal icra hakimiyyəti”

“Rəqəmsal icra hakimiyyəti” portalı istifadəyə verilib. Portal vətəndaş qəbulu, xidmətlər, elektron iştirakçılıq və məlumatlandırma bölmələri olmaqla 4 istiqamətdə vətəndaşlara xidmət göstərir.

Şərhlər