Ağcabədi sakinindən Prezidentə müraciət

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan xalqı Zəfər çaldı, şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsindən qalib ayrıldı. Bu Qələbə uzun illər ərzində strateji xətt üzrə görülən ardıcıl və məqsədyönlü işlərin nəticəsidir. Buna “hədəfə doğru dəqiq zərbə!” də demək olar.

Sizin tapşırıqlarınız əsasında şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına böyük diqqət və qayğı göstərilir. Ümumiyyətlə, Sizin hər bir Azərbaycan vətəndaşının probleminə həssaslıqla yanaşdığınızın şahidiyik. Mən də bir şəhid anası olaraq, dövlətimizin qayğısı ilə əhatə olunmuşam. Hara gedirəmsə diqqət görürəm, xoş münasibət görürəm.

Əziz Prezidentimiz, biz əminik ki, Azərbaycan bundan sonra da uğurla inkişaf edəcəkdir. Bu yolda Sizə uğurlar arzulayıram. Dualarımız hər zaman Sizinlədir.

Hörmətlə,

Əmiraslanova Çiçək, şəhid anası.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Şahsevən kəndi.

Mənbə : Prezident.az

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər