Narkomaniya ilə bağlı maarifləndirmə tədbirləri

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu tərəfindən bölgələrdə təlimlər həyata keçirilir. Bu təlimlər növbəti dəfə Ağcabədidə təşkil olunub.

Aprelin 8-də ADPU Ağcabədi filialında və Ağcabədi Pedaqoji Kollecində “Narkotik vasitələrdən istifadənin risk amilləri” mövzusunda görüşlər keçirlib. Görüşlərdə müəllimlər və tələbələr iştirak ediblər.

Tədbir zamanı işçi qrupun məsul əməkdaşları olan Vasif Quliyev və Raqif Allahverdiyev çıxış edərək , narkomaniya, onun insan sağlamlığı və cəmiyyət üçün ziyanlarından danışıb, psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini qeyd ediblər. Söhbət zamanı bildirilib ki, son illərdə bu bəlaya düçar olanların çoxu yetkinlik yaşına çatmayan şəxslərdir və statistik rəqəmlər hər il daha da artır.
Sonra tələbələrlə fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Şərhlər