“Ələk” ədəbi məclisinin üzvləri ilə görüş

Aprelin 8-də ADPU Ağcabədi filialında Azərbaycan Yazıçılar Birliyinin üzvü,  “Ələk” ədəbi məclisinin rəhbəri Məhsəti Musa və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” media mükafatı laureatı, “Ələk” ədəbi məclisinin aparıcısı Gündüz Sevindiklə tələblərin görüşü keçirilib.

Tədbirin aparıcısı, filialın kafedra müdiri, dosent Vaqif Allahverdiyev çıxışında iştirakçılara qonaqlar haqqında məlumat verib, bu görüşün gənclərimizin istedadlarının üzə çıxarılmasında böyük rol oynayacağını bildirib.

Sonra filialın direktoru Mobil Məcidov çıxış edərək, belə görüşlərin tələbələr üçün əhəmiyyətindən danışıb və bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsini arzu edib.

Tədbirin qonaqları Məhsəti Musa və Gündüz Sevindik çıxışlarında “Ələk” ədəbi məclisinin fəaliyyətindən, bölgədəki istedadlı gənclərə dəstəyindən söz açıb, şeirlərini səsləndiriblər.

Sonra filialın müəllimləri Yaqub Səmədov, Qərənfil Rzayeva,  tələbələr çıxışlar edib, şeirlər səsləndiriblər.

Sonda xatirə şəkilləri çəkdirilib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər